Maraqlı

Canını qurtarmaq üçün ayının dilini dişləyib qopardı - FOTO

12 İyun 2019 21:50
9 Şərh     Baxış: 3 623
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Tuva Respublikasının Piy Xemsk rayonunda qəribə hadisə baş verib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, Nikolay İqrit adlı gənc dostları ilə qoruqda maral buynuzu axtararkən ayı hücumuna məruz qalıb.

Çoxsaylı caynaq zərbələrinə məruz qalan 29 yaşlı ovçu ölümdən xilas olmaq üçün ayının dilinin dişləyərək qoparıb. Məhz bundan sonra ayı onu buraxaraq ərazidən uzaqlaşıb.

Nikolay İqrit canını ayıdan qurtarsa da, indi məhkəmədə hakim qarşısına çıxmalı olacaq. Belə ki, onun haqqında ayıya zərər vermək və qoruq ərazisində tonqal qalamağa görə məhkəmə işi açılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.