Maraqlı

Bədəninin 3D-skan edilməsinə icazə verəcək hər kəsə 25 dollar təklif olunur

11 İyun 2019 07:21
1 Şərh     Baxış: 850
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nəhəng elektron ticarət şirkəti "Amazon" 25 dollar dəyərində hədiyyə kartının sahibi olmağın qeyri-adi üsulunu təklif edib. Bunun üçün istənilən alıcı bədənin rəqəmsal 3D-skan edilməsi prosedurundan keçməlidir.

Milli.Az ted.az-a istinadən bildirir ki, tədbir 2 il əvvəl "Amazon" tərəfindən əldə edilmiş "Body Labs" startapının "Amazon Real World Image Study" proqramı çərçivəsində təşkil edilib.

Son illərdə dəb bazarında "Amazon"un payı əhəmiyyətli dərəcədə artıb. "Coresight Research" şirkətinin tədqiqatına əsasən, Cef Bezosun şirkəti hazırda ABŞ-da ən uğurlu geyim satıcısıdır. O, şəxsi ticarət markası və abunə xidmətinin sahibidir.

Yeni xidmətin qeydiyyat səhifəsində qeyd edilir ki, "Amazon" tədqiqat iştirakçılarının bədənlərini adi geyimdə 3D-skan edəcək, onların şəkil və videolarını çəkəcək. Bunun üçün, həmçinin sorğu vərəqəsini doldurmaq tələb olunacaq.

Eyni zamanda boy və çəkinin ölçülməsi həyata keçiriləcək. Şirkət nümayəndələri bildiriblər ki, toplanmış məlumatlar daxili tədqiqatlar üçün nəzərdə tutulub və marketinq məqsədilə istifadə olunmayacaq. Skan etmə prosesi "Amazon"un Nyu-Yorkda yerləşən ofisində 30 dəqiqə ərzində aparılacaq, bundan sonra hər bir könüllü şirkətin 25 dollar dəyərində hədiyyə kartını əldə edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.