Maraqlı

Kosmonavtlar 10 ildir kosmosda üzən dəsmalı götürdü

11 İyun 2019 21:50
0 Şərh     Baxış: 1 340
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

10 il əvvəl rusiyalı kosmonavtlardan biri, üzərindəki xüsusi paltarı silmək üçün yanında saxladığı dəsmalı, kosmosda unutdu. Rusiyalı kosmonavtlar Oleq Kononenko və Aleksey Ovçinin, kosmosda 10 ildir gəzişən dəsmalı tapıb xüsusi bir konteyner ilə Dünyaya göndərdi.

Kosmonavtların kosmos gedişi əsnasında geyimlərini üzərindəki çirkdən silmək üçün istifadə edilən dəsmal, təxminən 10 il əvvəl kosmonavtlardan biri tərəfindən unudulmuşdu.

Sputnikin xəbərinə görə, kosmonavtlar Oleg Kononenko və Aleksey Ovçinin həmin dəsmalı xüsusi bir konteynerə yerləşdirdi. Dəsmal, Dünyaya geri gətiriləcək və araşdırılmaq üzrə mütəxəssislərə təqdim ediləcək.

Saat 18:42-də başlayan kosmos uçuşu Rusiyanın kosmos agentliyi Roskosmos saytında canlı olaraq göstərilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.