Maraqlı

İmtahanlara necə hazırlaşmalı: 12 məsləhət

23 May 2019 21:04
0 Şərh     Baxış: 1 459
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qarşıda imtahanlarınız var və siz öz koqnitiv bacarıqlarınızı ən yüksək səviyyədə nümayiş etdirmək istəyirsiz?

Bəli, testlərə hazırlaşmaq asan məsələ deyil, bəzən heç hardan başlayacağını da bilimirsən.

Biz neyrobioloqların, psixoloq və pedaqoqların araşdırmalarını, o cümlədən müəllimlərin və tələbələrin müdrik məsləhətlərini toplayıb sizin üçün məsləhətlər siyahısı hazırladıq.

Onlar sizə daha dərrakəli olmağa və imtahanlara hazırlıq prosesini yaxşılaşdırmağa kömək edəcək.

1. Səhər yeməyi və "beyin üçün qida"

QidaRasionunuza omeqa-3 yağ turşuları, vitaminlər, minerallar, antioksidantlar və antosianlar olmalıdır.

Düzgün fəaliyyət göstərə bilməsi üçün bədənə enerji lazımdır. Beynin konsentrasiya qabiliyyəti qlükoza tərkibli enerjinin daimi və adekvat ehtiyatından asılıdır.

Araşdırmalar göstərir ki, səhər yeməyi yeyən tələbələr imtahanda daha yaxşı nəticələr göstərirlər, çünki səhərlər yemək konsentrasiya və informasiyanı yadda saxlamaq qabiliyyətini yüksəldir.

Ona görə də günə yulaf yarması, birləpəli taxıl çörəyi və az şəkərli müsli kimi karbohidratlarla başlayın.

Bu ərzaqlar bütün səhərinizi enerjiylə təmin edəcək.

Rasionunuzu həm də proteinlə zənginləşdirməlisiniz: müəyyən miqdarda süd, qatıq və yumurtayla.

Beyin üçün faydası sübut olunmuş ərzaqlardan istifadə edin, məsələn, yumurta, yağlı balıq (skumbriya, sardin, qızılbalıq, yağlarla zəngin omeqa-3), birləpəli taxıllar, kələm, pazı, ispanaq, brokkoli (ümumiyyətlə, bütün tünd yaşıl, yarpaqlı tərəvəzlər), pomidor və avokado kimi.

Bundan başqa, hansı saatda qidalanmağın da əhəmiyyəti böyükdür!

Antioksidant və antosian tərkibli içkilər qısa yaddaşınızı və ovqatınızı yaxşılaşdıra bilər.

Çiyələk, böyürtkən, qoz, zeytun, balqabaq çərdəyi və tünd şokolad həm bədəninizi, həm də ağlınızı qidalandırır.

2. Tezdən başlayın...

Qadın yazırSəhər tez oyanın və dərs oxumağa başlayın

İmtahana bir neçə gün əvvəldən hazırlaşmağa başlayın - belə hazırlıq sizə rahat olmaq və sadəcə əzbərçiliklə kifayətlənməmək imkanı verər.

Bu işi səhərlər görməyə çalışın: beyniniz dincəlmiş və yenilənmiş olanda. Materialın çox hissəsini günortadan sonraya saxlamayın, çünki yorulmuş ola bilərsiz və ya gec saatlara qədər oxumaq məcburiyyətində qalarsız.

Yaxşı olar ki, məşğələ saatlarınızı rejimə salasız, ya da heç olmasa, hər gün eyni vaxtda başlayıb eyni vaxtda bitirəsiz.

3. ...və əsas nəyə fokuslanacağınızı müəyyənləşdirin

İmtahanSizi nə gözlədiyini anlayın və ona uyğun hazırlaşın

Hansı növ imtahana hazırlaşırsız - şifahi, praktik, yoxsa situasiya imtahanına?

Müxtəlif imtahan növləri müxtəlif yanaşmalar tələb edir, ona görə əvvəlcə formatı müəyyənləşdirin.

Bu, hansı üsulla hazırlaşmalı olduğunuzu aydınlaşdırar.

Esse tipli imtahan üçün bütün predmetləri öyrənmənizə ehtiyac olmaya bilər, ona görə də hansısa mövzuya fokuslanıb onu dərindən mənimsəmək daha effektli üsuldur.

Bir neçə cavab variantlı testlər və ya cavab variantlı imtahan sizdən tədris proqramını daha geniş, amma nisbətən az əhatəli qavranmanızı tələb edir.

4. Plan tərtib edin

Tələbə başını tuturYaxşı düşünülmüş cədvəl həyatınızı asanlaşdıra və sizi əlavə stresdən xilas edə bilər.

Kompleks planın hazırlanması sizə əziyyətli iş kimi görünə bilər, amma bu, vaxtınıza qənaət etmək üçün ən yaxşı vasitədir.

Nəyi öyrənmək barədə qərar verməyə əlavə bir dəqiqə də olsun vaxt sərf etməyəcəksiz və bu sizə öz uğurlarınızı izləmək imkanı verəcək.

Cədvəlinizi mümkün qədər detallı hazırlayın - baxmalı olduğunuz bütün əlaqəli materialları və qeydləri daxil etməklə - və ona əməl edin.

Ünsiyyət və idman üçün, o cümlədən, hər növ fasilə üçün vaxt ayırmağı da unutmayın (bu haqda daha ətraflı az sonra).

5. İntervallar - sizin ən yaxşı müttəfiqləriniz

QələmÇox yüksək nəticələr əldə etmək üçün bir predmeti bir neçə hissəyə ayırın və sonra da qısa seanslarla öyrənin.

Məşğələlərinizi bölün və əzbərçiliyi özünüzə heç yaxın da qoymayın.

Gündə bir saat olmaq şərtilə predmeti 10 gün ərzində öyrənmək bunu bir günün 10 saatı ərzində etməkdən çox-çox yaxşıdır.

İnformasiyanı yadda saxlamaq üçün vaxt lazımdır, amma sübut olunub ki, interval metodu ən effektiv variantdır: seanslar arasındakı fasilələr materialı unutmaq, sonra onu yenidən öyrənmək imkanı verir.

Bu strategiya "öyrənmə və yaddaş sahəsində eksperimental araşdırmalar tarixinin ən etibarlı variantlarından" hesab edilir.

Amma nəzərə alın ki, bu üsul hansısa bir imtahana uyğun gəlsə də, digəri üçün heç də ən yaxşı variant olmaya bilər.

Materialı yadda saxlamağın daha bir metodu intervallı təkrarlara əsasən hazırlanmış yaddaş kartları, assosiativ kartlar, kollektiv çalışma və hətta danışıqların lentə yazılması və sonradan dinlənilməsidir.

İmtahan hazırlıqlarına əvvəldən başlamaq məhz buna görə əlverişlidir.

Hansı metodun sizə daha uyğun olduğunu sınaqdan keçirmək üçün vaxtınız olacaq.

Amma dəbdə olan mətn seçmə markerlərinə pul və vaxt sərf etməyin: araşdırmalar göstərir ki, onlar sizin çalışmalaranıza çox az fayda verəcək.

6. Özünüzü test edin

Qadın yazı yazırFotonun müəllifiGETTY IMAGESImage captionÖzünə viktorinalar təşkil etmək - imtahanlara hazırlaşmağın ən yaxşı üsullarından biridir

Aparıcı psixoloqların və neyrobioloqların fikrincə, "özünü test etmə" informasiyanı dərk etmək qabiliyyətini inkişaf etdirən ən effektli üsullardan biridir.

Bu texnika sizə konsepsiyanı təkcə əzbərləməyə yox, həm də onu dərk etməyə kömək edir, biliklərinizdəki boşluqları yoxlamaq imkanı yaradır.

Özünü yoxlamağın ən yaxşı üsulu sınaq testlərindən keçmək, ya da materialı növbəti dəfə təkrarlayandan sonra özünə suallar verməkdir.

7. Müəllim olun

Lövhə qarşısında şagird

Beləliklə, siz bütün materialı öyrəndiniz və özünüzü yoxladınız... Sonra nə etməli? Əlbəttə ki, gedib həmin materialı başqalarına öyrətməli!

Müəllim olmaq - geniş yayılmış texnikadır, "proteje effekti" adlanır.

Bu sizin yaddaşınızı və yadda saxlamaq qabiliyyətinizi stimullaşdırır: başqasını öyrətmək üçün siz öz biliklərinizi nizamlamalı və onları aydın və strukturlaşmış hala gətirməlisiniz.

8. Ağıllı olun... və telefonu gizlədin

Tələbə telefonuna baxırİmtahana hazırlaşan günlərdə telefonunuz sizin düşməninizdir

Telefon lazımdır, amma imtahana hazırlıq prosesində yox.

Sosial şəbəkələr və messencerlər diqqətinizi yayındıracaq, "vacib bir şeydən xəbərsiz qalmaq" effektilə sizi təqib edəcək (ingiliscə: "fear of missing out" və ya qısa şəkildə FOMO).

Bu, çoxdan yoxlanıb və sübut olunub: telefonla keçirdiyiniz vaxt nə qədər çoxdursa, qiymətləriniz o qədər aşağıdır. Onu masanın üstünə qoyub toxunmayacağınızı düşünərək özünüzü aldatmayın. Araşdırmalar göstərir ki, telefonun sadəcə görmə zonasında olması sizin konsentrasiya qabiliyyətinizi azaltmağa bəs edir.

9. Daha az musiqi, daha çox sakitlik

Qulaqlıq taxan tələbə

Sakit mühitdə dərs oxuyan tələbələrin materialı əxz etmə səviyyəsi bunu musiqi dinləyərək edən tələbələrdən daha yüksək olur.

Bu, ilk növbədə introvertlərə aiddir, çünki ekstravertlərlə müqayisədə fon musiqisi onların diqqətini daha çox dağıdır.

10. Mütəmadi fasilələr, təmiz hava və fiziki hərəkətlər

Məşqİdman meydançası olmasa da olar, 15 dəqiqəlik gəzinti və quşların cıvıltısına qulaq asmaq sizin üçün faydalı olar.

Effektli məşğələ - fasiləsiz məşğələ demək deyil. İmtahana hazırlıq prosesindəki fasilələr materialı daha yaxşı öyrənmək şansı verir.

Sizin bədəniniz və şüurunuz bir-birinə bağlıdır. Fiziki hərəkətlər beyinə daha çox oksigen "aparan" qan dövranını təmin edir, daha yaxşı işləməsi üçün ona yardım edir. İmtahanlar dövründə sizə məhz bu lazımdır.

Bundan başqa, təbiətlə təmasın koqnitiv üstünlükləri var və mütəmadi fiziki aktivlik həyəcan hissini azaldıb özünə inam hissini artırmağa kömək edir.

Üstəlik, təmiz havada olmaq iş masasının arxasına qayıtmaq şansınızı artırır, gəzintidən sonra siz materiala daha yaxşı fokuslana bilərsiz.

11. Yatın

Yatan tələbəYaxşı yatsanız, daha çox çalışa biləcəksiniz

İmtahandan əvvəlki gecə siz bolluca yatmalısız, amma bu, testlərə hazırlaşdığınız dövrə də aiddir.

Normal saatda yatmaq o deməkdir ki, siz səhər tez və dincəlmiş halda oyanacaq, gündəlik planı yerinə yetirməyə hazır olacaqsız.

Bütün gecəni hazırlaşmaq həvəsinə qalib gəlin, mükəmməlçilikdən uzaq durun - bu sizin istirahətinizə mane ola bilər.

Bəzən gec saatlarda çalışmaq zəruri olur.

Belə halları minimuma endirməyə çalışın, vaxtında yatmaq rejiminə əməl edin və gecə vaxtı qacetlərin ekranlarından uzaq durun.

12. Sakit və pozitiv olun

Çay fincalı qız

Beləliklə, siz artıq aparıcı psixoloqların, neyrobioloqların və təhsil sahəsi üzrə mütəxəssislərin məsləhətlərindən xəbərdarsız. Bu məsləhətlər sizə daha yaxşı oxumağa kömək edəcək. Onlara maksimum əməl edin!

Yaddaşı, ovqatı və konsentrasiyanı yaxşılaşdırmaq üsullarının bolluğuna görə siz əvvəlki nəsil tələbələrlə müqayisədə daha şanslısız.

Odur ki, materialı təkrar öyrənmə prosesi boyu sakitliyinizi və pozitivliyinizi qorumağa çalışın.

Günlərdən biri uğursuz olanda, bunun sonrakı günə və həmin gün oxuyacağınız dərsin keyfiyyətinə təsir etməsinə imkan verməyin.

Əsas məsələ sizin üçün daha effektli olan hazırlaşma variantı tapmaq və ciddi şəkildə ona əməl etməkdir.

Və nəhayət, sonuncu, amma əvvəlkilərdən heç də az əhəmiyyətli olmayan məqam - imtahanlar bitəndə özünüzü mükafatlandırmağı unutmayın!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.