Hamiləlikdə kosmetika seçərkən bunlara DİQQƏT EDİN!
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hamiləlik dövründə makiyajın, kosmetik vasitələrin ziyanlı olub-olmaması barədə çoxsaylı suallar eşidilir. Bir çox hallarda qadınlar hər zaman olduğu kimi hamilə olduqları dövrdə də hər cür kosmetik vasitələrdən istifadə edir, makiyaj etməkdən çəkinmirlər.
Türkiyəli mütəxəssislər hesab edirlər ki, bəzi kosmetik vasitələrin tərkibində olan maddələr həm doğumdan əvvəl, həm də sonra ana və körpənin sağlamlığına mənfi təsir edir. Uşağın inkişafında ən önəmli dövr ilk üç ay olduğuna görə, bu müddətdə kənar təsirlər daha çox ziyan verir. Ona görə də ilk üç ayda daha diqqətli olmaq tövsiyə edilir.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, mütəxəssislərə görə, hamilə qadınlar istifadə etdikləri kosmetikanın tərkibinə diqqətlə yanaşmalıdırlar. Xüsusilə gün ərzində bir neçə dəfə istifadə olunan dodaq boyaları seçərkən tərkibi mütləq nəzərə alınmalıdır.
Bəzi dodaq boyaları uzun zaman qaldığı halda orqanizmdə qurğuşun maddəsi yaranır. Ona görə də daha təbii maddələrdən hazırlanan dodaq boyaları istifadə olunsa, daha yaxşı olar.
Hesab olunur ki, tərkibində paraben, retinol, oksibenzon, formaldehit, ftalat olan kosmetiik vasitələr istifadə edilməməlidir. Nəmləndiricilər, makiyaj vasitələri, Günəşdən qoruyucu kremlər, qırış kremləri, saça qulluq vasitələrinin tərkibində parabendən geniş istifadə olunur. Həmin maddənin bir sıra xərçəng növlərinin yaranmasına təsiri var, eyni zamanda hormonal balansı poza bilir.
Ona görə də kosmetika alarkən onun haqqında oxumaq, tərkibində paraben olmadığına əmin olmaq lazımdır. Tərkibində retinol olan maddələrdən də uzaq olmaq məsləhət görülür. Retinola daha çox sızanaq müalicəsində istifadə olunan vasitələrin tərkibində geniş rast gəlinir. Həmin maddənin hamiləlikdə düşüklərin və anadangəlmə qüsurların yaranmasında rolunun olduğu bildirilir.
Günəş kremlərini seçəndə tərkibində oksibenzon olan vasitələrə qarşı daha diqqətli olmaq lazımdır. Onlardan çox istifadə eləmək hormonal pozuntulara səbəb olur.
Daha yaxşı olar tərkibində sink-oksid və ya titan-dioksid olan vasitələrdən istifadə olunsun.
Bundan başqa, bildirilir ki, körpənin sağlamlığı üçün lak və saç boyası seçərkən tərkibində formaldehid olmayanlara üstünlük verilməlidir. Məlumatlara görə, formaldehid xərçəng yaranmasına, reproduktiv dövrdə zəhərlənmələrə səbəb olur.
Ftalata lakdan tutmuş, bir çox kosmetik vasitələrin, eləcə də ətirlərin tərkibində geniş rast gəlinir. Bu maddədən həmin vasitələrin daha qalıcı olması üçün istifadə edilir, bu isə orqanizmdə toksinlərin yaranmasına səbəb olur.
Tərkibində metilbenzol olmayan laklar, digər dırnaq vasitələrindən də uzaq olmaq tövsiyə edilir. Onlar da inkişafa mane olur, toksinlər yaradır.
Dişləri ağartmaq üçün istifadə olunan vasitələr də ziyan verə bilər. Hamiləlikdə tərkibində peroksid olmayan ağardıcı məcunlardan istifadə edilməlidir.
Bir sözlə, kosmetik vasitələri həkimlə məsləhətləşib seçmək daha yaxşı olar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Video)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
Niyə daha tez-tez tünd şokolad yeməlisiniz: Beş vacib fayda
XƏBƏR LENTİ
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
-
Ardanın Mbappeyə jesti - (Foto)
-
Niyə daha tez-tez tünd şokolad yeməlisiniz: Beş vacib fayda
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib
-
UFC-də ilk döyüşünə çıxan azərbaycanlı idmançı diskvalifikasiya olundu - (Video)
-
Tanınmış fotoqraf və qızı Bakı-Sumqayıt yolunda ağır qəzaya düşüblər
-
Dünyada deputatların ən çox maaş aldığı 10 ölkə
-
İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"
-
Şəhid tələbəsini bu sözlərlə yad etdi - (Fotolar)
-
“Akasya Durağı”nın aktrisası illər sonra üzə çıxdı - (Fotolar)
-
İdman brendi Benzemadan imtina etdi
-
Türkiyədə 5 yaşlı qız uşağı dişinin müalicəsindən öldü





