Maraqlı

Hansı bürcün qadınları ideal həyat yoldaşı və sevgili olurlar?

28 Aprel 2019 21:25
61 Şərh     Baxış: 5 253

Bürclərə inanan adamlar heç də az deyil. Bürclərin məsləhət bildiyi yöndə hərəkət edənlərin sayı xeyli çoxdur. Bu dəfə bürclərə güvənən adamlar üçün "ən yaxşı dost, ideal həyat yoldaşları və sevgili olan qadınlar hansı bürclərə aiddir" sualı ətrafında araşdırma aparmışıq.

12-Cİ YER - ƏQRƏB
 

Milli.Az gencaile.az-a istinadən bildirir ki, bu xanımlar məftunedicidir, inanılmaz cazibəyə malikdir və dəhşətli dərəcədə ağıllıdır. Amma buna rəğmən hesab olunur ki, qadın-Əqrəblər məhz bu səbəbdən pis həyat yoldaşıdır. Onun toruna düşən kişilər sözün əsl mənasında qul həyatına düçar olur. Əlbəttə ki, belə bir xanıma xidmət etmək həm şərəflidir, həm də xoşdur, amma onun çətin xarakterinə öyrəşincə saçın tökülür, bəzi funksiyaların da pozulur və dostlar arasında avtoritet itir.

11-Cİ YER - BALIQLAR
 

Astroloqlar deyir ki, Balıqla evlənmək - pişik saxlamaq kimidir, çünki onlardan heç bir fayda yoxdur. Balıqlar çox cazibədar olsa belə, sanki bu dünyadan deyillər. Praktiklik sıfır, sağlam düşüncə ondan da az, emosiyalar isə nə qədər istəsən. Amma buna rəğmən onlar kişinin beynini xarab etməz, sakitcə qırağa çəkilib ağlar. Hansısa müəmmalı səbəb üzündən güclü cinsin nümayəndələri qadın- Balıqların asılılığına düşür. Bu xanımlar ilə münasibətləri  yarıda kəsən kişilər isə uzun müddət özlərinə gələ bilmir.

10-CU YER - ŞİR
 

Yalnız ən cəsur kişilər bu cür ittifaqa daxil olmağa qadirdir. Şir- həyat yoldaşı dəbdəbədir, pafosdur, bahalı əyləncədir. Ən yaxşı avtomobillər, bəzək əşyaları, avadanlıqlar - onun iştahası heç də təvazökar deyil. Nəzəri cəhətdən Şir-qadınlar ilə boşanmaq mümkündür, amma praktiki cəhətdən bu cür ayrılıqdan sonra bütün qalan qadınlar sizə həmin Şirin solğun nüsxəsi kimi görünəcək.

9-CU YER- OXATAN
 

İblis -qadın, atəş -qadın, sürətlə çapan atı dayandıra, özünü yanan komanın içinə ata bilər - bütün bunlar Oxatanlar haqqındadır. Onun yanında çox nadir kişi özünü üstün hiss edər  - bu vulkan öz yolunda bütün əngəlləri silib-süpürər. Bir də ki, Qadın-Oxatan həmişə haqlıdır. Bundan savayı - bu ailədə qadın nə deyərsə o olur.

8-Cİ YER - ƏKİZLƏR
 

Ən qorxulu qadın növüdür. Ən məkrlidir. Onlar o qədər insan sərrafıdır ki, sanki adamların içini görür. Onlar çox yaxşı bilir ki, kim onların əri ola bilər. Onlardan nəyisə gizləməyə və ya kiçik bir sirrə sahib olmağa ümid də etməyin. İstənilən çekistdən daha güclü, agent 007-dir. Belə qadınlar ilə evliliyə yalnız ən çarəsiz kişilər qərar verir.

7-Cİ YER - QOÇ
 

Ölümcül (fatal) qadındır, hər bir şairin arzusu, ilham pərisidir. Qoç-qadın hər bir kişinin başına gələcək ən gözəl hadisədir. Ən azından bu qadınlar özləri haqqında məhz belə düşünür. Onlar sona qədər mübarizə aparacaq, amma ərini tərbiyələndirəcək. Onlar bu yoldan istənilən alətdən istifadə edəcək və əmindirlər ki - bu kişinin xeyrinə olacaq.

6-CI YER- TƏRƏZİLƏR
 

Ağıllı, gözəl, mahir kulinar, əla sevgili - bəli, bu Tərəzi-həyat yoldaşlarına aiddir. Məhz Tərəziləri - istənilən kişinin arzusu adlandırırlar. Lakin burada bir "amma" var - bütün bu sadaladıqlarımız kişini  yalnız o günlərdə gözləyir ki, əlahəzrətin kefi xeyirxahlıq və zəriflik üçün münasib olsun. Qalan bütün vaxtlarda isə onların həyat yoldaşını  mürəkkəb isterika və beyinin pozulması gözləyir.

5-Cİ YER - QIZLAR
 

Qız bürcündən olan həyat yoldaşı - yaxşı dost, kompaniyan və yaxşı tərəfdaşdır. O, nikahda partnyorluq tərəfdarı olduğundan hər iki tərəf üçün lazımlı olan rakurs seçməyə çalışır - ona müqavimət göstərmək isə faydasızdır. Hətta kişi belə bir xəyala qapılsa da ki, sükan onun əlindədir, gec-tez ona çatacaq ki, evin ağası kimdir. Buna rəğmən Qızlar heç nəyi açıq-aşkar etmirlər, onların illüziya yaratmaq qabiliyyətlərinə isə sadəcə həsəd aparmaq olar.

4-CÜ YER- BUĞA
 

Belə qadınla heç bir tərəddüd etmədən evlənmək olar, xüsusən də əgər sən çox da varlı olmayan, şən bir adamsansa. O, güclüdür, ağıllıdır, özünə baxandır, amma ən əsası onun təbiətdən gələn iradəsi elədir ki, o öz seçdiyi şəxsdən uğurlu kişi böyütməyənə qədər geri çəkilməz. Əgər siz onun metodları qəbul etməyə hazırsınızsa - məsələn hərdən birdən başa çırpılan, göydə uçaq serviz hissələri - onda buyurun.

3-CÜ YER- OĞLAQ
 

İdeal kişilər ideal qadınların həyat yoldaşı olmalıdır - bu xanımlar belə düşünür, bu qadınlar hesablamağı, məntiqi düşünməyi bacarır və heç bir halda emosiyaların təsirinə düşmür. Partnyor seçərkən də Oğlaq qadınlar - yalnız mənfəət haqqında düşünür, onlara görə aşiq olmaq - axmaqlıqdır. Əgər onlar özlərinə həyat yoldaşı seçiblərsə - bu kişiləri uzun və bütöv bir zəhmətkeş həyat gözləyir.

2-Cİ YER- DOLÇA
 

Demək olar ki, reytinqimizin liderləridir. Dolça qadınlar hər bir kişinin ürəyinə məlhəmdir. Onlar daima cavan, pozitiv, gülərüz, bir az ziddiyyətli və rahat insanlardır.  Onlar heç zaman insanın başını xarab etməz və drayv əhval ruhiyyəsi yaradır. Amma ki, onlara qarşı ultimatum irəli sürsəniz və ya bayağı şəkildə razılığa gəlməyə çalışsanız, onda divara çırpıla bilərsiniz, onlar yola gəlməyə çalışmaz. Dolçaların dəyişə bilir görünüşü - sadəcə mirajdır. Onlar öz azadlığını hər şeydən üstün tutur.

1-Cİ YER - XƏRÇƏNG
 

Budur onlar - ən yaxşı həyat yoldaşları, sevgililər və döyüşkən rəfiqələr reytinqimizin baş qəhrəmanı. Ailə Xərçəng üçün hər şeydən yüksəkdir - ev ocağı onlar öz sehrli və bitməz tükənməz enerjilərinin əsas qaynağıdır. Məhz bunun sayəsində onlar güc alır və bütün dünyanı ram etməyə qadirdir

Qadın xərçənglər - ideal ana, möhtəşəm ev sahibəsi, iti zəkalı həmsöhbətdir, onlar ərlərinə məftundur, dəlicəsinə aşiqdirlər, hətta ərlərinin qohumlarını da çox istəyirlər. Bir sözlə qüsursuz qadındır. Xırda qadın şantajları və isterika isə hesaba alınmır.

Milli.Az

loading...

Şərh yaz:

61 Şərh:

  • Anonim
    EBEDI SEVEN · 28 Aprel 21:2950

    Herkese öz sevdiyi birincidir!!! Bürcun adi EBEDI SEVGI !!!

    Cavab yaz
  • Anonim
    Aylin · 28 Aprel 21:3246

    Xerceng 1 ciliyi getiyen duz deyil. Xercengler ozlerinden basqa hec kimi beyenmirler

    Cavab yaz
    • Anonim
      Əsranur · 28 Aprel 22:3776

      Mən Xərçəngəm,özəlliklər hamısı mənə aiddir:))

      Cavab yaz
      • Anonim
        Daglı · 29 Aprel 05:4502

        Bilirsən də qohum,mən də xərçəngəm)

        Cavab yaz
        • Anonim
          Əsranur · 29 Aprel 11:0600

          Vəssalam:)))22-si?

          Cavab yaz
  • Anonim
    Papatya · 28 Aprel 21:3750

    Biy Dolçalar 2ci siradaymiş ki:)) masaAllah o zaman dolçalara. Haqsiz da sayilmazlar:))

    Cavab yaz
  • Anonim
    Papatya · 28 Aprel 21:3820

    Canim bacim da ilk de pille(*****)

    Cavab yaz
    • Anonim
      Papatya · 28 Aprel 21:4110

      İlk pillede))

      Cavab yaz
    • Anonim
      ❤️Ebru❤️ · 28 Aprel 22:0620

      Axsamin xeyir Papatiya necesen?Melek balan necedi??❤️Bizim bacimiza yarasirdee birincilik urekdi o hemise zirvelerde olsun.))

      Cavab yaz
      • Anonim
        Papatya · 28 Aprel 22:1600

        Her vaxtin xeyir Ebru. Şukur balaca da yaxsidir. Sen necesen? Hee elbette. Aminnn. ☺

        Cavab yaz
        • Anonim
          ❤️Ebru❤️ · 28 Aprel 22:4400

          Hemise yaxsi olasiniz,cox saq ol.Mende yaxsiyam..

          Cavab yaz
    • Anonim
      Əsranur · 28 Aprel 22:4000

      Papatya,Ebruşum,qızlar,darıxmışam sizinçün.Necəsiniz?Yaxşıki,Asi linki göndərdi.Yaman uzaq düşmüşəm saytdan əli üşaqlı olanı:))

      Cavab yaz
      • Anonim
        asi · 28 Aprel 22:4900

        Halaldı Simbaya)).. Saytı yaddan çıxartdırdı sənə)).. Mənim başım da instaqramda aşbazlığa qarışandan burada xəbərləri düz əməlli izləyə bilmirəm..Arada bir iki dəfə girib nə oxudum odu))..

        Cavab yaz
        • Anonim
          Əsranur · 28 Aprel 22:5800

          Düzgün eləmirikeee,Asi.Sayt bizsiz sayt olmaz axı.Bəs,vedrə bağlayansız marağı olmaz axı saytın:)))

          Cavab yaz
        • Anonim
          Papatya · 28 Aprel 23:0600

          Simba?? Şabalida ne oldu? Ay baci gormeyeli ne baş verir?:))

          Cavab yaz
          • Anonim
            Əsranur · 28 Aprel 23:2200

            Canım,qızım "Şabalıd",yoldaşım "Şaftalı"cağırırdı.Mən "Simba"deyən kimi gəlir durur qarşımda.Özü seçdi adını.İndi o,yuxuda olanda da,adını cağıran kimi qulaqlarını tərpədir:))

            Cavab yaz
      • Anonim
        Papatya · 28 Aprel 22:5200

        Can xoş geldin. Arada onu ayagina qoy, yelleye yelleye bura da gir da:)))Aaaaa. Elini soyuq alişdirma burdan.

        Cavab yaz
        • Anonim
          Əsranur · 28 Aprel 23:0300

          :))))Ayağıma qoymağeee..Hələ ki o məni bütün günü quyruğunun dalıyca qaçırdır:)))Sabahdan gəlirəm,Papatya.Bu gün evin bütün xalçalarını yığışdırmışam,hər yerə pampers plyonkası döşəmişəm,demişəm ki,kef eləsin.Yoxsaki,ölürdüm stressdən.Papatya,elə qəşəng balacadır.Cinlilər ona Balaca şir deyirlər.Həqiqətən də,balaca şir kimi nərildəyir.Mənim beynimin isti vaxtına düşəndə Bakı Zooparkındakı ac böyük şir kimi elə nərildəyirəm ki,körpə səsini kəsir:)))))Amma,həqiqətən çox sevimlidir.Sənin körpən necədir?

          Cavab yaz
          • Anonim
            Papatya · 28 Aprel 23:2000

            He baci, çox sirin novunu seçmisiz. Oy korpe demeye, denen senin balaca arvad neynir? 2-3gundu gelin olmağa heves salib:))basina bir şeyler ortur guya gelindi:) eynine paltarin ustunden tapib yay donun getirib ki, geyindir. Qaraçi kimi gezir axiri:)) hecne decelliyi son suret davam edir. :) Sabah he goruşerik insaAllah. ❤

            Cavab yaz
          • Anonim
            Əsranur · 28 Aprel 23:3100

            Ayalaaa..Ona qurban olaram elə.Lap mənim uşaqlığımı yadıma saldı.Mən də qaraçı uşaq idim.Yadıma gəlir ki,guya hörük düzəldirdim-kalqotkanı keçirirdim başıma,ayaqları guya hörüyüm idi.Özü də mən bu "qaynağı"edəndə,sənin Mələyindən çox böyük idim.7-8 yaşlarında idim:)))Məndən hələ ayağı kabluklu bir adam çıxdısa,ondan əsl qadın çıxacaq,inşaAllah.Dəymə uşağa:)))

            Cavab yaz
  • Anonim
    asi · 28 Aprel 21:4244

    )))Necə də doğru yazıblar)).. Əlahəzrətin keyfi bütün əngəllərin açarı və ya qıfılıdı)..

    Cavab yaz
    • Anonim
      ❤️Ebru❤️ · 28 Aprel 22:0821

      Mence bu ad size yarasir.Elahezret:))

      Cavab yaz
      • Anonim
        asi · 28 Aprel 22:3303

        Nə yalan deyim özümün də xoşuma gəldi))..

        Cavab yaz
        • Anonim
          ❤️Ebru❤️ · 28 Aprel 22:4301

          Deyirem dee hiss elemisdim:))amma ne yalan deyim menimde xosuma geldi yeni adin mubarekdi:))

          Cavab yaz
    • Anonim
      Papatya · 28 Aprel 22:1200

      "onların həyat yoldaşını mürəkkəb isterika və beyinin pozulması gözləyir." :)))) Duz deyir?? ;))

      Cavab yaz
      • Anonim
        asi · 28 Aprel 22:3313

        ))) Hərdən olur)).." Nuh deyir, peyğəmbər demir" tipli bir xüsusiyyətim var)) hərdən tutur, qaç canını qurtar)))..

        Cavab yaz
  • Anonim
    ❤️Ebru❤️ · 28 Aprel 21:4931

    3 yer pis deyil saq olun:))Amma o yazdiqlarin nedi ele??Menfeet gudur nedi?))Ser atmayin eyy))Deyesen soz tapmadiniz yazmaqa))

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 28 Aprel 22:0036

    Elbette Xercenggg Xercengimin Esra balasiyammm En sevdiyim bürc Xercengdiii.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 28 Aprel 22:0336

    a aaaa bu qadinlara aiddi men ele bidim hammiya bizde qadin Xerceng yoxdu nesilde heqiqeten bey Xerceng papam ,emim ve coxdu

    Cavab yaz
    • Anonim
      :))) · 28 Aprel 22:1440

      Men de meettel qalmişdim ki, sen ve ilk pille? :)))

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 28 Aprel 22:2544

        Niyee men ilk pillede ola bilmerem ? Men Qoç bürcüyem Xerceng deyilemmm ki,

        Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 28 Aprel 22:0435

    Qoc-Her bir şairin arzusudu özüde niye imenno şairin həəəə??))

    Cavab yaz
    • Anonim
      ❤️Ebru❤️ · 28 Aprel 22:1310

      Yeqin hiss ediblerki,senin sairelik qabiliyyetin var ona gore ay bajji:))

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 28 Aprel 22:2713

        Yeqin istedadima vurulublarr da düz deyirsen Ehmedde deyir eee vaxtı ile mane olmasaydin xalq artisti idim İndi menim de istedadimi boqmasaydilar indi Xalq artistiydimmm )))

        Cavab yaz
        • Anonim
          ❤️Ebru❤️ · 28 Aprel 22:5130

          Cann indi,Ilhame nenenin tacini basina qoyub kursusunde otumusdun elemi:))Torpaqinca yasayasan uzun omurlu ol.❤️

          Cavab yaz
          • Anonim
            Esra Ibrahimli(Samaxi) · 28 Aprel 22:5722

            Heri yaaaa indi sou biznes instaqram sehivesinde sekillerime serh yazirdiniz.. Tacli Nezrin gözel düşüb )))

            Cavab yaz
            • Anonim
              ❤️Ebru❤️ · 28 Aprel 23:1801

              Lap tesevvur etdim:))Mende birinci seni beyenerdimm)))

            • Anonim
              Esra Ibrahimli(Samaxi) · 28 Aprel 23:2722

              Cannnn üreyimmm ))

  • Anonim
    ~~~ · 28 Aprel 22:1411

    Oxuduqca bəzi şərhçilərimiz gəldi ağlıma.Qoçları tərifləyib sonra ən azından özləri belə düşünür demək :))Esra İbrahimli :)Mahir kulinar sözsüz asidir.Pozitiv,gülərüz,rahat Papatyaya çox yaraşdı.Emosional, həssas,kövrək F.S.D xanım.1-ci yerə layiq İti zəkalı həM.söhbət xərçənglər :) Amma həmişəki kimi oğlaqlara haqsızlıq edilir.3-cü yerə görə yox,ruhsuz,ancaq pul hərisi kimi təqdim edildiklərinə görə.

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 28 Aprel 22:3133

      :)))))))))

      Cavab yaz
    • Anonim
      asi · 28 Aprel 22:4520

      Saytın baş aşbazı hiss etdim özümü))..

      Cavab yaz
    • Anonim
      Papatya · 28 Aprel 22:5700

      Fikir verme Dalğa..mende de mence biraz abartiblar:))

      Cavab yaz
  • Anonim
    orxideya · 28 Aprel 22:3930

    Oxatan qadın haqqında deyilir ki, ailədə qadın Oxatan nə deyirsə odur. Amma Qoç bürcündən olan kişiyə hökmü yeritmək bir az müşküldür)))

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 28 Aprel 22:4243

      Ele Qoc bürclü xanimlar da eledi Kiminse hokmranliqin sevmirler özleri Firon olmakdan xoslari gelir

      Cavab yaz
      • Anonim
        orxideya · 28 Aprel 22:4810

        Od ünsürləri içərisində ən güclüsü Oxatanlardir. Bunu mən demirəm, astroloqlar deyir)))

        Cavab yaz
      • Anonim
        ❤️Ebru❤️ · 28 Aprel 22:5321

        Goren ikiside qoc olanda nece olur ay Esramm?:)))Bir qazanda qaynaya bilerler goren??))

        Cavab yaz
        • Anonim
          Esra Ibrahimli(Samaxi) · 28 Aprel 23:0133

          Qetiiiyyen bir emim oqlu qoc bürcüdü bir emim qizinin da yoldasi hec biriyle yola getmirem Qoc Qocla Buqayla yola getmir Men en coxxx Xercengle tutur Eqreble bir de Oxatanla

          Cavab yaz
          • Anonim
            ❤️Ebru❤️ · 28 Aprel 23:1720

            Sen arad menlede yola getmirsen bilirsenmi?:))Yeqin oglaqlarnanda tutmur:)))

            Cavab yaz
            • Anonim
              Esra Ibrahimli(Samaxi) · 28 Aprel 23:2732

              Vallah ne deyim dubbeduz mamamla hec yola getmirem nenemle de belədəəə ikiside oqlağdılar Bura özüm Oqlağı yazmadim xetrine deyer sen meni qabaqladin zarafatsiz )))3 bürcle yola getmirem Qoc Buqa Oqlağ

            • Anonim
              ❤️Ebru❤️ · 28 Aprel 23:3920

              Bilremde ay baci:))Ozde coxdan..QocnAn oglaq nece yola getsin eyy:))Amma men butun burclerle yola gedirem,birce qiz burcuyle dava edirem baciminan))Usaq vaxti hec yola gede bilmirdik amma indi o qeder pemanam (((Allah hec kesi baci qardasiz etmesinn..

            • Anonim
              Esra Ibrahimli(Samaxi) · 28 Aprel 23:4932

              Aminnn !))

  • Anonim
    Əsranur · 28 Aprel 22:4344

    "Hətta ərlərinin qohumlarını da çox istəyirlər"söhbəti cəmi 18 il çəkdi.Sonra ayıldım. "Bir sözlə qüsursuz qadındır. Xırda qadın şantajları və isterika isə hesaba alınmır"-Oxxayyyy,üreyimə əcəb yayıldı:))))

    Cavab yaz
    • Anonim
      ❤️Ebru❤️ · 28 Aprel 22:4920

      Menimde sizi burda gormek ele ureyime yatdi:))Qoy mende deyim oxayyyy:))Canim menim axsaminiz xeyir necesiniz??Day bizi unudubsunuz deyesen hec yazmirsiniz?((Darixmisdim sizin ucun hemde coxxxxx:)(******)❤️❤️

      Cavab yaz
      • Anonim
        Əsranur · 28 Aprel 23:0500

        Caan.Yaxşıyam,qızım.Sizi unutmaq olar?Bir az naxoşlamışam bu aralar,kefsizləmişəm.Sabah yenə də fotoda görüşərik,inşaAllah(*******)

        Cavab yaz
        • Anonim
          ❤️Ebru❤️ · 28 Aprel 23:1600

          Allah sefa versin.Teki yaxsi sedaniz gelsin.Goruserik (*****)Ozunuze yaxsi baxin siz bize lazimsiniz canimm.:)❤️❤️

          Cavab yaz
  • Anonim
    Rena220 · 28 Aprel 22:4710

    Mende dolcayam.nedense xosbextlik gen gezir...halbuki butun xosbextliklere layiqik...

    Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 28 Aprel 22:5710

    Əkizlər bürcü N1

    Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 28 Aprel 22:5800

    Ebru bacı əvvəlki bürc səh. yazdım yəqin oxumamısan necəsən əzizim mələklərin necədi

    Cavab yaz
    • Anonim
      ❤️Ebru❤️ · 28 Aprel 23:1400

      Axsamin xeyir Tovuzlu gozeli Tutu canim,oxumusam cox saq ol,amma men gundelik olan Qorosgop seyfesine yazmiram.Orayla birdefelik qurtarmisam.Yaxsiyam saq olasan sou seyfesinded yazmisan Aygunun kenanin seyfesine bax mende ora yazmisam sene cann.Qizlarda yaxsidilar,Sen ozun necesen??❤️❤️

      Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 29 Aprel 00:2600

    Canımsan gözəl ürəkli Ebruşum hər zaman yaxşı olasız məndə yaxşıyam .

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.