Maraqlı

24 yaşlı modelin hamilə olduğuna inanmadılar - FOTO

25 Aprel 2019 09:14
1 Şərh     Baxış: 2 632
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

24 yaşlı dünyaca məşhur model Belle Lusiya İnstaqramda fotosunu paylaşaraq 4,5 aylıq hamilə olduğunu açıqlamışdı.

Milli.Az axşam.az-a istinadən bildirir ki, izləyiciləri "çox arıqsan, yalan deyirsən, hamilə ola bilməzsən" deyərək, modeli özündən çıxarıblar.

USM şəkillərini də hekayə bölümündə paylaşan model insanları inandıra bilmədiyini görüncə, bütün paylaşımları silib.

"Doğrudur, qarnım böyüməyib. Bu, hər qadında fərqli olur. Qarnımın böyüməməsi hamilə olmadığım anlamına gəlmir. Niyə belə bir yalan söyləyim ki?" deyə, yazan modelə qadınlardan dəstək gəlib.

Belle hamilə olmasına baxmayaraq modelliyə davam edəcəyini deyib.

Qeyd edək ki, modelin Instaqramda 1,3 milyon izləyicisi var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.