Maraqlı

Yata bilməyənlər üçün poza – Əllər, ayaqlar yuxarı

19 Aprel 2019 21:25
4 Şərh     Baxış: 2 080
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağır iş günündən sonra gecə normal yuxuya gedə bilməyənlər bu effektiv metodu sınaya bilər.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu poza həm arıqlamağa, həm qan dövranını yaxşılaşdırmağa, həm də 5 dəqiqəyə yuxuya getməyə kömək edir.
Yerində uzanıb, əlləri və ayaqları birlikdə yuxarı qaldır ( şəkildəki kimi). Bu vəziyyətdə 1 dəqiqə qal.

Daha sonra eyni vəziyyətdə əl və ayaqları tərpət, sağa-sola fırlat.
Sonra çiyinlərini tərpət. Çalış hərəkətlər ritmik, yumşaq olsun, bədənin boş və rahat olsun.

Əgər hər gün bu texnikanı etsən, tezliklə yuxun rahat və dərin olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.