Maraqlı

Uşaqlarda burun qanaması zamanı nə etməli?

13 Aprel 2019 22:50
0 Şərh     Baxış: 1 778
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uşaqlarda burun qanaması çox tez-tez rast gəlinən haldır. Valideynləri çox narahat edən bu hala ələlxüsus yaz, yay aylarında çox təsadüf olunur. Bəs burun qanaması nədən yaranır? Belə bir hal baş verəndə nə etmək lazımdır?

Milli.Az e-tibb.az-a istinadən Tibb Universitetinin Lor şöbəsinin müdiri, uzman həkim Murad Şıxəliyevin uşaqlarda burun qanamaları ilə bağlı fikirlərini təqdim edir:

Uşaqlarda baş verən burun qanamaları bir çox hallarda təhlükəsizdir.

İlk baxışda valideynlər üçün vizual qorxulu görünsə də, uşaqlardakı əksər burun qanamaları bir çox hallarda orqanizm üçün təhlükə törətmir və ev şəraitində də müalicə edilə bilir. Buna baxmayaraq, burun qanaxmalarırının bir neçə səbəbini valideynlərin bilməsi tövsiyə olunur.

Uşaqlarda burun qanaxmasının ən çox rast gəlinən səbəbləri:

Burun qanamalarının ən əsas səbəbi kiçik travmalardır. Burunu qanla təchiz edən damarlar nazik selikli qişa altında olduğundan, yüngül xəsarət, üst tənəffüs infeksiyası, buruna yad cismlərin salınması, istiliyə məruz qalma və quru hava burun qanamasına səbəb olan digər səbəblərdir. Elmi araşdırmalar göstərir ki, uşaqların fiziki böyümə etaplarında damarların inkişafı, bədənin ümumi inkişafından bir qədər geri qaldığından, böyüməkdə olan orqanizmdə bu qan təzyiqinin müvəqqəti qalxmasına gətirib çıxara bilər. Bu da öz növbəsində, burun qanaxmalarına səbəb ola bilər.

Qanaxmalar zamanı nə etməli?

Qanaxma baş verən zaman valideynlər uşaqları sakitləşdirməli və qanaxmanı saxlamağa yönələn tədbirlər görməlidirlər:

Qanaxma baş verirsə, uşağı diz üstündə əyləşdirib, onun fikrini qanaxmadan yayındıran söhbətlər edin. Bu, qan təzyiqinin düşməsinə səbəb olur və burnun qanla təchizatını azaldır.

Hər iki burun dəliyini xaricdən tutaraq bir-birinə sıxmaq lazımdır ki, uşaq yalnız ağzı ilə nəfəs alsın. Bu da qanın ağciyərə getməsinin qarşısını alır.

Uşağın başını bir qədər önə tərəf yönəldin və boynunun arxasına soyuq kompres qoyun.

Həkimə nə zaman müraciət etmək lazımdır?

- Əgər qanaxma 15-20 dəqiqədən çox çəkərsə

- Səbəbi aydın olmayan mütəmadi qanaxmalar baş verirsə.

- Qanaxmanın səbəbi burunda olan yad cisimdirsə, yad cismin çıxarılması məqsədi ilə həkimə müraciət olunmalıdır

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.