Maraqlı

Dubayda müqəddəs Qurana həsr olunan park açılıb

3 Aprel 2019 07:07
0 Şərh     Baxış: 1 516
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dubayın əl-Khavaneej rayonunda müsəlmanların müqəddəs kitabı "Qurani-Kərim"ə həsr edilmiş yeni park istifadəyə verilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 60 hektar sahədə ziyarətçilər Quranda adı çəkilən 43 bitkini və Peyğəmbərin yeddi möcüzəsini görə biləcəklər. Ziyarətçilər orada möcüzələr mağarası və müqəddəs kitabda adı çəkilən bitkilərin olduğu Şüşə evi gəzə biləcəklər. Parkda banan, zeytun, üzüm, əncir, soğan, mərci, balqabaq və digər bitkilərdən ibarət 12 bağ salınıb. Xüsusi stendlərdə həmin bitkilərin təbabətdə və yeməklərdə istifadə qaydaları barədə məlumat verilir.

Bununla yanaşı, park texniki cəhətdən təchiz olunub - orada günəş paneli, yüksəksürətli internet, üstüörtülü oturacaqlar və mobil telefonların doldurulması üçün stansiyalar quraşdırılıb.

Parka giriş sərbəstdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.