Maraqlı

WWDC 2019-un keçirilmə tarixini bilindi

19 Mart 2019 08:15
0 Şərh     Baxış: 593
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Apple şirkəti hər il tərtibatçılar üçün keçirtdiyi Worldwide Developers Conference (WWDC) tədbirinin bu ilki tarixini rəsmi şəkildə elan etdi. Beləliklə bu ilki tədbir 3-7 iyun tarixlərində San Xosedə baş tutacaq. Artıq indidən tərtibatçılar WWDC 2019 tədbirində iştirak üçün sorğu göndərə bilərlər. Sorğuların qeydiyyatı 21 mart tarixinə kimi davam edəcək. Tədbirdə iştirak biletləri isə təsadüfi şəkildə iştirakçılara təqdim ediləcək. Bundan əlavə olaraq tədbirin canlı yayımı da olacaq.

Milli.Az technote.az-a istinadən bildirir ki, builki WWDC tədbirində Apple şirkəti iOS, macOS, watchOS və tvOS sistemlərinin inkişaf planlarından və həmçinin artırılmış reallıq, süni zəka, səhiyyə və fitnes sahəsindəki hazırlanan məhsullarından xəbər verəcək. Ənənəvi olaraq bu tədbirdə iOS 13, macOS 10.15, watchOS 6 və tvOS 13 əməliyyat sistemləri təqdim olunacaqlar. Adətən onlar tədbirin ilk günündə təqdim olunurlar. Onu da qeyd etmək lazımdır ki, 25 mart tarixində Apple şirkəti özünün növbəti təqdimat tədbirini keçirdəcək. Məlumata əsasən həmin tədbirdə şirkət 10 düym ekrana sahib yenilənmiş iPad modelini, iPad Mini 5 modelini, iPod 7-ni və s. məhsulları təqdim edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.