Maraqlı

İmtahanların nəticələrini pulla aldılar - Böyük qalmaqal - FOTO

13 Mart 2019 11:34
2 Şərh     Baxış: 1 916

Britaniyanın təhsil sistemini yeni qalmaqal çalxalayır. Məlum olub ki, ABŞ-dakı ən məşhur və nüfuzlu kolleclərdə övladlarının təhsil almasına çalışan onlarla valideyn SAT (Scholastic Aptitude Test) imtahanının nəticələrinin daha "yaxşı" olması üçün külli miqdarda rüşvət ödəyiblər.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, övladlarının SAT testində nəticələrini "yaxşılaşdıran" valideynlərin siyahısında artıq 50 nəfərin adları var.

Onların arasında məşhurlar da yer alıblar.

Tanınmış aktrisa Felisiti Hafmman və rejissor Lori Laflinnə olayla bağlı irəli sürülmüş ittiham üzrə məhkəmə artıq başa çatıb. Hakimin qərarı ilə onların hər biri 250 min dollar məbləğində cərimələnib.

İstintaq müəyyən edib ki, Felisiti Haffman qızları Sofiya və Corciyanın ABŞ-dakı məşhur kolleclərdən birinə daxil olması üçün SAT testinin nəticələrinin saxtalaşdırılması üçün 30 min dollar ödəyib.

Lori Laflinlə əri Massimo Canulli də SAT nəticəsinin saxtalaşdırılması üçün yeni məbləği veriblər.

Haffman Hollivuddakı villasında həbs olunub. Ona şəhəri tərk etmək, ABŞ-ın kontinental bölgələrinə ayaq basmaq yasaqlanıb.

Aktrisanın əri Meysi Haffman da saxlanılıb.

SAT nəticələrinin saxtalaşdırılmasının miqyasının çox böyük olduğu vurğulanır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Aki2 · 13 Mart 12:0100

    Bir azdan bizdedee bele olacaqdaa belkedee olub ujeyy

    Cavab yaz
  • Anonim
    ƏSİ. · 13 Mart 12:4000

    Bizdə də elədir.Çox xarici universitet artıq SAT nəticələrini qəbul etmir və özü imtahan götürür.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.