İmam Zamanla “görüş” və ya yerlə göy arasında
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qumdakı Cəmkəran məscidində olanlar oranın qeyri-adi ab-havasından xəbərdardılar. Rəvayətlərə görə, bu məscid bilavasitə imam Zamanın (ə) göstərişi ilə inşa olunub.
...Çoxdanın hadisəsidir. İlk dəfə idi ki, Cəmkəran məcidini ziyarət edirdim. Bu məkanda xüsusi bir namaz da qılınır. Belə ki, "Fatihə" surəsindəki "iyyəkə nəbudu və iyyəkə nəstəin" ifadəsi 100 dəfə təkrarlanır. Bunun üçün də adətən təsbehdən istifadə olunur. Bu barədə bizim karvan rəhbərimiz hər birimizi xəbərdar etmişdi. Gəl ki, həyəcan öz işini gördü: namaza təsbehsiz başladım. Bunu isə yalnız surədə qeyd etdiyim ifadəyə çatdıqda anladım. Ani şaşqınlıq yaşadım: nə etməli? Namazı yarımçıq kəsim? Ya bir təhər saymağa cəhd edim?
Milli.Az islam.az-a istinadən bildirir ki, elə bu zaman qarşımda kiminsə əlində təsbeh peyda oldu. Adamı görmədim, yanımda dayanmışdı. Üzümü də qiblədən döndərmədim ki, namaz batil olmasın. Təsbehi götürdüm, namazı qılıb bitirdim. Bir azdan məscidin həyətində ziyarət qrupumuza daxil olanlar toplaşmağa başladı. Hərə öz təəssüratı ilə bölüşürdü. Mən də başıma gələn təsbeh əhvalatını danışmağa başladım və təsbehi göstərdim. Elə hər şey də bundan sonra baş verdi. Bizdən bir qədər kənarda duran təqribən 25 yaşlı kişi sürətlə bizə tərəf şığıdı, biləyimdən tutub bərəlmiş gözləri ilə təsbehə baxdı. Bir anda hamımız şok yaşadıq onun bu hərəkətindən. Mən isə hətta nə danışdığımı belə unutdum: axı nə baş verirdi? Nəhayət kişi çətinliklə dilləndi, daha doğrusu bərkdən, pıçıltı ilə hayqırdı: "Sən heç bilirsən O kim idi?" Mən yenə heç nə anlamadım, onun təsirinə düşüb özüm də pıçıltı ilə soruşdum: "Kim?..". "O!", dedi... Artıq susdum. Təsbehi əlimdən astaca alıb dodaqlarına apardı: "İmam Zaman! İMAM ZAMAN!" Nə deyəcəyimi, nə edəcəyimi bilmirdim. Artıq qrupumuzun digər üzvləri də təsbehə əl uzatdılar, hamı bu "ilahi" əşyaya toxunmaq istəyirdi. Ətrafda isə "imam Zaman", "imam", "görüşüb", "kim?", "o kişi?" pıçıltısı eşidilirdi. Üzərimdə bir anın içində böyük... necə ifadə edəsən? Nə hiss etdim? Nur? İlahi nemət? Bəlkə məsuliyyət?.. İnsanlar mənə və təsbehə baxırdı, mən isə, nə qədər qəribə görünsə də, bir suala cavab arayırdım: axı nə üçün mən? Bir anın içində bütün həyatım göz önümdən keçdi: "Deməli ki, mən! Deməli, mən heç öz dəyərimi bilməmişəm! Gör e! Dünyada nə qədər insan, nə qədər müsəlman var, nə qədər alim, nə qədər övliya var, amma Allah məni seçdi! Yox, gərək öz həyat tərzimə yenidən nəzər salım! Belə olmaz"...
Ətrafımda isə dairə daralırdı. Artıq farslar da baş verən hadisəyə maraq göstərib bizim qrupa qoşulurdular. Kim bilir, daha nələr olacaqdı, amma qrup rəhbərimiz bizə yaxınlaşdı. Nə baş verdiyini soruşdu, sonra isə təbəssümlə üzünü mənə tutub dedi: "Əşi, mən də dedim nə baş verib! Apar təsbehi qaytar məscidə, gedək. Kimsə görüb ki, namazı təsbehsiz qılırsan, sənə yardım edib. İmam Zaman e..."
Göyün yeddinci qatından, bəlkə də daha ucalardan dərhal yerə endim. Ətrafdakılar da dağılışdılar. Ən birinci də, deyəsən, elə bu çaxnaşmaya səbəb olan yol yoldaşımız aradan çıxmışdı. Artıq əlimdəki təsbeh də sanki ilahiliyini itirmişdi. Yenə oldum adi insan...
Bu hadisəni niyə indi nəql etdim? İnsanın yanında lazım olan anda ona "dur!", "dayan!" deyən bir şəxsin varlığı böyük nemətdir. Çünki bir də görürsən kimsə özünü peyğəmbərlik missiyası ilə vəzifələndiyini düşünür, buna inanır. Başlayır ətrafdakılara vəzifə müəyyən etməyə, kimisə təkfir etməyə, özünü elə əlçatmaz zirvədə hiss edir ki, nə bir söz eşidir, nə də bir məsləhət dinləyir. Odur ki, Allah heç bir bəndəsini şeytanın əlində oyuncağa çevirməsin, onu təkəbbürü, yekəxanalığı ilə tək üz-üzə qoymasın.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Dəyərini bilən qadınam” - Safurə Əliyeva - (Video)
-
Eşidənlər gecələr tualetə duz tökməyə başlayıb
-
Eynəkləri, damcıları kənara qoyun: Qədim Tibet rahiblərinin "qartal gözü" bəxş edən 3 dəqiqəlik ritualı
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
XƏBƏR LENTİ
-
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
-
Azərbaycan XİN Pakistana başsağlığı verib
-
“Dəyərini bilən qadınam” - Safurə Əliyeva - (Video)
-
Zaur Kamalın vəziyyəti pisləşdi
-
Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşı: "Mənə heç nə edə bilməzsiniz"
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
-
Aqnes Nqetiç bir saniyə fərqlə dünya rekordunu yenilədi
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
PSJ prezidenti ilə bağlı araşdırma başladı
-
Andrey Babiş AB-ni impotent adlandırdı
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
Ağdamda kəhriz quyusundan meyit tapıldı
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)
-
İran qonşu ölkələri hədələdi
-
Rusiyada ayı 2 nəfəri parçaladı
-
Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
-
Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb
-
Kobaxidze BMT Baş Assambleyasında iştirak edəcək
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz





