Bir neçə diri balıq vannanın içində saxlanılır. Balıqlardan biri suda ölsə, o biri diri balıqlar murdar olurmu?
Balığın ətinin halal sayılması üçün sudan kənarda can verib ölməsi şərtdir. Əgər balıq suyun içində ölsə, bu halda əti yemək üçün yararsız hala düşər.
Milli.Az islam.az-a istinadən bildirir ki, lakin şəriətimizdə bir heyvanın ətinin yemək üçün haram olması ilə murdar olması arasında bəzən fərq olur. Bəzi hallarda ət həm yemək üçün haram, həm də murdar sayılır və bu halda ətin murdarlığı digər nəcasətlər kimi nəmlik vasitəsilə ötürülür. Bəzi hallarda isə heyvanın əti yemək üçün haram hesab edilir, amma nəcis (murdar) olmur və başqa əşyalarla təmas edərkən onları murdar etmir. Balıqla bağlı məsələ də bu cürdür. Balıq suyun içində ölsə, əti yeyilməz, amma murdar (nəcis) olmaz. Eyni qabın içində diri balıqlar da olsa, onlar pak sayılar.
Milli.Az