Maraqlı

Qrip insult riskini artırır?

16 Fevral 2019 20:20
0 Şərh     Baxış: 761
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qrip insult riskini kəsin artırır.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, alimlərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, qrip insult riskini 40 faiz artırır, özü də bu risk il ərzində davam edir.

Qripin həyat üçün təhlükəli olan bir çox xəstəliyi gücləndirdiyi məlumdur. Bu sıraya pnevmoniya, sepsis, həmçinin ürək xəstəlikləri daxildir.

Amerikalı alimlərdən ibarət komandanın apardığı tədqiqat isə başqa həqiqətləri də ortaya çıxarıb.

Alimlər insultla əlaqədar xəstəxanaya yerləşdirilmiş 31 minə yaxın şəxsin xəstəlik tarixçəsini araşdırıblar. Mütəxəssisləri insult keçirmiş xəstələrin iki il ərzindəki sağlamlıq vəziyyəti maraqlandırıb.

Məlum olub ki, son 15 gün ərzində qrip simptomları ilə xəstəxanaya yerləşdirilmiş şəxslərdə insult riski 40% təşkil edir. Qripin mənfi təsirlərinin il ərzində davam etdiyi də ortaya çıxıb.

Lakin alimlər heç də bütün suallara cavab tapmayıblar. Onlar qriplə insult riski arasında əlaqənin səbəbini tapmağa çalışırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.