Milli.Az xəbər portalı "Entertaiment"ə istinadən bildirir ki, Miranda podiumdakı parlaq karyerası ilə analıq qayğılarını uğurla uyğunlaşdırır.
Fotomodel əla təsir bağışlayır, onun qaragöz oğlu isə sağlam böyüyür.
Fotoqraflar Mirandanı 9 aylıq Flinnlə qarşılayanda onlar Orlando Blumun yanına tələsirdilər. Blum Britaniya paytaxtında "Üç müşketyor" filminin təqdimatındadır.
"Onu hələ də ana südü ilə bəsləyirəm", - Miranda deyib.
Onun sözlərinə görə, hələlik Flinnə qardaş və ya bacı "bəxş" etməyi düşünmür. İki il sonra isə bəlkə də, ola bilər...
Milli.Az








