Gözəl ana və onun qaragöz balası - FOTO

6 Oktyabr 2011 17:19
Aktyorun xanımı, fotomodel Miranda Kerr balaca Flinnlə birlikdə Londonun Hitrou hava limanında peyda olub.

Milli.Az xəbər portalı "Entertaiment"ə istinadən bildirir ki, Miranda podiumdakı parlaq karyerası ilə analıq qayğılarını uğurla uyğunlaşdırır.

Fotomodel əla təsir bağışlayır, onun qaragöz oğlu isə sağlam böyüyür.

Fotoqraflar Mirandanı 9 aylıq Flinnlə qarşılayanda onlar Orlando Blumun yanına tələsirdilər. Blum Britaniya paytaxtında "Üç müşketyor" filminin təqdimatındadır.

"Onu hələ də ana südü ilə bəsləyirəm", - Miranda deyib.

Onun sözlərinə görə, hələlik Flinnə qardaş və ya bacı "bəxş" etməyi düşünmür. İki il sonra isə bəlkə də, ola bilər...

Milli.Az