Tanınmış aktrisa, "Yaşhi Cazibe" serialında Simge obrazını canlandıran
Hande Katipoğlu ərindən boşanmaq qərarına gəlib. Milli.Az xəbər portalının "Vatan" qəzetinə istinadən verdiyi məlumata görə, 29 yaşlı aktrisa iş adamı olan həyat yoldaşı Cenk Seyhundan boşanmaq üçün iki gün əvvəl məhkəməyə müraciət edib. O, məhkəməyə vəkili ilə gəlib və boşanmaq istəməsini fikir ayrılıqları ilə əsaslandırıb.
Bir-birinə qarşı heç bir təzminat tələbi irəli sürməyən cütlük məhkəməyə ərizə verilən gün boşanıb. Hande Katipoğlu və Cenk Seyhun məhkəmədən sonra səmimi şəkildə sağollaşıblar.
Qeyd edək ki, bir ay əvvəl aktrisa və əri "Yahşi Cazie" serialında Kemal rolunu canlandıran Hakan Yılmazın televiziya proqramında qonaq olmuş və "Aşq diye bir şey yok" mahnısını oxumuşdular.
Milli.Az