Maraqlı

İki dövlətin sərhədi otel otağından keçir - DÜNYANIN ƏN QƏRİBƏ SƏRHƏD NÖQTƏLƏRİ - FOTO

2 Yanvar 2019 06:30
1 Şərh     Baxış: 2 888
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyada bütün ölkələr arasında sərhəd nöqtələri var. Amma elə sərhəd xətləri var ki, qəribədir və sərhəd üçün qeyri-adi sayılan yerlərdən keçir.

Milli.Az "ölkə.az"-a istinadən dünyanın ən qəribə sərhəd nöqtələrini təqdim edir.

1. Hollandiya-Belçika

Hollandiya və Belçika arasında sərhəd xətti də qəribədir. Baarle qəsəbəsində yaşayan insanların da həyatı olduqca maraqlıdır. Qəsəbədən keçən sərhəd xəttinin bir tərəfi Hollandiya, digər tərəfi isə Belçikaya məxsusdur. Bəzi yerlərdə isə bu xətt evlərin, dükanların və iş yerlərinin ortasından keçir.

2. Avstriya-Macarıstan-Slovakiya

Avstriya-Macarıstan-Slovakiya arasındakı sərhəd xətti bir masadan keçir. Bir neçə dostunuzla otursanız, fərqli ölkələrdən bir-birinizin səsini rahatlıqla eşidə bilərsiniz.

3. Nepal-Çin

Nepal-Çin arasındakı "Dostluq Körpüsü"nün uzunluğu cəmi 65 metrdir.

4. İsveçrə-Fransa

İsveçrə və Fransa arasındakı sərhəd xətti otel otağından keçir.

5. Hollandiya-Almaniya

Fotodakı şəxs "Eurode" iş mərkəzində çalışır. O, bir ayağını Hollandiya, digər ayağını isə Almaniya sərhədinə qoyub.

6. İspaniya-Portuqaliya

İspaniya və Portuqaliya sərhədi bu kanatdır. Bu kanatla sürüşərək İspaniyadan Portuqaliyaya keçmək mümkündür.

7. Almaniya-İsveçrə

Sağ tərəf Almaniya, sol tərəf isə İsveçrədir.

8. İsveç-Norveç

Bu yol tam olaraq İsveç-Norveç sərhədidir.

9. ABŞ-Meksika

ABŞ-Meksika sərhəd xəttində voleybol oynamaq da mümkündür.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.