Maraqlı

Məşhur din xadimindən yadplanetlilərlə bağlı ŞOK REAKSİYA: Onların cin olması...

14 Dekabr 2018 22:05
1 Şərh     Baxış: 2 377
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin din xadimi, professor Nihad Hatipoğlu cinlərlə bağlı suala maraqlı reaksiya verib.

Milli.Az xəbər verir ki, professor "cin deyə bildiyimiz formalar əslində yadplanetlilər ola bilərmi" sualına "Allah bilir" cavabını verib.

"Mələklər, ruh necə varsa, cinlər də, şeytanlar da var. Hamısını qəbul edirik. Yadplanetlilərin cin olmasını isə Allah bilir. Buradan başqa bir həyat ola bilərmi? Bəli, ola bilər. Cinlərin ayrı bir planeti ola bilərmi? Cinlər bizimlə birlikdə də mövcuddurlar. Dünyamızda da yaşayırlar. Digər məkanlara gedə bilmək, qaça bilmək istedadına sahibdirlər. Keçmişdən vəhy oğurlamaq istəyən bəzi şeytanların odda yandırılmasını "Qurani-Kərim" xəbər verir. "Qurani-Kərim"in yerə enməsindən sonra Allahın mələklərə bildirdiyi əmrləri cinlərin və ya şeytanların oğurlamasına icazə verilmədiyi ifadə edilir. Bu mövzuda konkret nəsə demək doğru deyil", - professor qeyd edib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.