Maraqlı

Həyat yoldaşlarına xəyanət edən məşhurlar - Onların cəzası nə oldu? - FOTO

5 Dekabr 2018 12:08
2 Şərh     Baxış: 4 645
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlər ən çox müzakirə olunan mövzulardan biri xəyanətdir. Belə ki, həyat yoldaşının ona xəyanət etdiyini iddia edən azərbaycanlı kişi xanımının başını keçəl qırxaraq onu alçaldıb, daha sonra həmin videonu sosial şəbəkələrdə yayıb. Məlum hadisə ölkə gündəmində geniş rezonans doğurub.

Ərinə xəyanət etdiyi deyilən qadının şiddətə məruz qalması qınaq obyektinə çevrilsə də, bunun əksini düşünənlər də az deyil.

Milli.Az mövzunun aktuallığını nəzərə alaraq dünya məşhurlarının həyat yoldaşlarına qarşı xəyanətlərinin zaman-zaman mətbuata sızan detallarına nəzər salır.

MADONNA

Baxmayaraq ki, Madonna o zamankı əri Qay Riçiyə xəyanət etdiyini mətbuatda təkzib edirdi, paparassilər basketbolçu Aleks Rodriqezin gecə saatlarında onun apartamentinə gəldiyini dəfələrlə qeydə almışdılar. Və bu, zamanında böyük qalmaqala səbəb olmuşdu.

ELİZABET TEYLOR

Elizabet saysız-hesabsız ərə gedib. Diqqətçəkən məqam budur ki, ulduz xanım Riçard Berton adlı kişiyə iki dəfə ərə gedib. O zaman həyat yoldaşı olan Eddi Fişerə əvvəllər əri olan Riçardla xəyanət edir və Eddini ataraq, yenidən Riçardla ailə qurur.

ARNOLD ŞVARSNEQQER

2011-də məlum oldu ki, Şvarsneqqerin sadə iqtisadçı qadından böyük oğlu var. Sən demə uzun illər həyat yoldaşı Mariya Şrayverə xəyanət edirmiş. Mətbuat bütün məsələni açandan sonra qəzəblənən xanım Şrayver 25 illik nikaha son qoyur.

BRİTNİ SPİRS

Britni öz çoxillik boyfrendi Castin Timberleykə hətta iki dəfə xəyanət edib.

Aldadılmış məşuq da öz növbəsində, "Cry me a river" adlı hit mahnı buraxaraq, mahnı sözlərində qisas məqsədilə onun da Britnini aldatdığından söz açır.

İTAN HOUK

İtan Houk cazibədar aktrisa Uma Turmana dəfələrlə xəyanət edib və bu hal mətbuatın gündəmini zaman-zaman zəbt edirdi. Dayə ilə, kanadalı modellə, həmçinin "Star" jurnalının versiyasına görə, Anjelina Coli ilə... Burada sual yaranır: Uma Turman "Bili öldürmək" filmindəki Bilin başına gətirdiklərini niyə real həyatda xəyanətkarın başına gətirmir? Axı o, buna dəqiq layiq idi. Lakin qürurlu Turman səbrli davranır.

CESSİKA SİMPSON

Cessika Simpson və Nik Laşa 2002-ci ildən 2006-cı ilə qədər nikahda idilər. 2005-ci ildə mətbuatı şayiələr bürüdü ki, gənc aktrisa ərinə Adam Levin ilə xəyanət edir. 2006-cı ildə paparassilərin köməyi ilə şayiələr təsdiqlənir: Los-Ancelesdə mehmanxananın foyesinə çıxan Cessikanın əynində məşuqunun köynəyi var idi. Belə ki, eyni gecə, eyni köynəkdə Adam Levin də mehmanxanaya daxil olmuşdu.

KRİSTEN STYUART

2012-də Kristen Styuart oğlan dostu Robert Pattinsona xəyanət edir. Məşuq iki uşaq atası rejissor Rupert Sanders idi. Mətbuat faktları təqdim edəndən sonra Robert kristeni tərk edir.

BRED PİT

Bred Pit və Cennifer Eniston Hollivudun ən gözəl cütlüyü hesab olunurdu. Bred Anjelina Coli ilə "Mister və missis Smit" filmində çəkiləndən sonra hər şey dəyişdi... Tezliklə Bred və Eniston boşandılar. Daha əvvəl də Anjelina Coliyə görə iki ailə dağılmışdı. Bununla da Anjelina Coli artıq 3 ailənin dağılmasında təqsirkar hesab edilir.

XAYDİ KLUM

Məşhur supermodeli Xaydi Klum və müğənni Seal 7 il idi ki, evli idilər. Amma onların nikahının qismətində dağılmaq var imiş. Seal mətbuata çıxışında bunun səbəbinin Xaydinin ona mühafizəçisi ilə xəyanət etməsi olduğunu bildirir.

CENNİFER LOPES

Cennifer Lopes öz ikinci əri Kris Caddı Ben Affleklə aldadır. Və təbii ki, ailə dağılır. Ben Affekt də öz növbəsində Lopesi atır. Məlum olur ki, xanım Lopes toya hazırlaşarkən, Ben ona Cennifer Qarnerlə xəyanət edirmiş. Beləliklə, Ben Afflek Lopeslə deyil, Qarnerlə evlənir.

MEQ RAYAN

Meq Rayan ərini Rassel Krou ilə aldadanda karyerasının pikində idi. Bundan sonra onun reytinqi enməyə başladı: pərəstişkarlar bu əməli ona bağışlaya bilmədilər.

BİLL KLİNTON

Sabiq ABŞ prezidenti Bill Klintonun həyat yoldaşı Hillari Klintona xəyanət etməsi o zaman mətbuat səhifələrini bürümüşdü. Monika Levinski və Cennifer Flauers adlı iki qadınla adı hallanan prezidentin nüfuzu xeyli sarsılmışdı.

Təbii ki, Avropa ölkələrinin əksəriyyətində, eləcə də ABŞ-da xəyanətkarları hüquqi yolla cəzalandırırlar. Bura bir neçə il həbs, əsasən isə pul cəzaları daxildir.

Zaur Həsənəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.