Maraqlı

Müqəddəs Kəbə evinin içərisində nə var?

4 Dekabr 2018 22:15
2 Şərh     Baxış: 4 578
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İslamdan əvvəl ərəblər Kəbənin içərisində, damında və ətrafında müxtəlif bütlər qoymuşdular. Həzrət Muhəmməd Peyğəmbər (s) Məkkəni fəth etdikdən sonra Kəbəni bütlərdən təmizlədi və müqəddəs evin işini boşaltdı.

Milli.Az islam.az-a istinadən bildirir ki, hal-hazırda Kəbənin içərisi boşdur. Kəbə evi bir otaqlı tikilidir. İçəridən divarlar təxminən 2 metr hündürlüyə kimi açıq rəngdə mərmərlə örtülmüşdür, döşəmə də mərmərdəndir. Kəbənin damı 3 ədəd qəhvəyi rəngli taxta dirək üzərində durur. Kəbə qapısı ilə üzbəüz, iki dirəyin arasında vaxtilə Peyğəmbərin (s) namaz qıldığı yeri göstərən mərmər nişan vardır. İraq rüknü adlanan küncdə dama çıxmaq üçün nərdivan quraşdırılıb. Nərdivana çatmaq üçün tövbə qapısı adlanan qapıdan keçmək lazımdır. Kəbənin iç divarlarında müqəddəs evin təmir tarixlərini göstərən bir neçə kitabə mövcuddur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.