Maraqlı

Coni Depp tanınmaz hala düşdü - FOTO

15 Noyabr 2018 23:44
0 Şərh     Baxış: 1 899
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Karib dənizinin quldurları" filminin qəhrəmanı aktyor və müğənni Coni Depp ötən gün son ekran işinin qala gecəsinə qatılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,  o, "Fantastik canavarlar: Qrindelvol cinayətləri" ("Fantastic Beasts: The Crimes Of Grindelwald") adli filminin Londondakı tədbirində görüntülənib.

Coni xarici görünüşü ilə diqqət çəkib. Belə ki, 55 yaşlı aktyoru görənlər onu tanımaqda çətinlik çəkiblər.

Məlumata görə, Deppin bu cür arıqlaması və solğun görünməsinə səbəb keçmiş sevgilisi Vanessa Paradisdən ayrılmasıdır.

Qeyd edək ki, Coni ilə fransız müğənni Vennessa uzun illər birlikdə münasibətdə olub. Onların 2 övladı var. Daha sonra Paradis Deppi ona aktrisa Amber Herdlə xəyanət etdiyi üçün tərk edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.