Maraqlı

McDonalds-a biabırçılıq: ketçup üstündə dava düşdü - VİDEO - FOTO

14 Noyabr 2018 13:34
0 Şərh     Baxış: 2 786
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Axı siz kimsiniz ki, məni aldadırsınız?! Siz nə yalançı, həyasız insanlarsınız?!

Bunu deyən qadın zaldan mətbəxə keçib və meneceri boğmağa başlayıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, olay ABŞ-ın Kaliforniya ştatındakı Santa-Ana şəhərində, "McDonalds" fast-fud şəbəkəsinin restoranında baş verib.

30-33 yaşlarında olan qadın hamburger, çips və fri-kartof sifariş verəndən sonra zaldakı masalardan birinin arxasına keçərək nahara başlayıb. Lakin az sonra o, ketçupu görməyərək piştaxtaya yaxınlaşıb, "Ketçup verin" deyib.

Paketlərə qablaşdırılmış ketçupun ona verildiyini eşidəndə isə qadın çılğına dönüb.

O, qışqıraraq mətbəxə daxil olub və menecerə hücum çəkərək onu boğmağa başlayıb.

Yaşananlar videomüşahidə kameraları ilə çəkilib.

Polis davakar qadını axtarır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
McDonalds-a biabırçılıq: ketçup üstündə dava düşdü

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.