Maraqlı

Dindar şəxsin özü üçün ad günü keçirməsi icazəlidirmi?

8 Noyabr 2018 21:10
2 Şərh     Baxış: 776

Dindar şəxsin özü üçün ad günü keçirməsi icazəlidirmi? Bəziləri bunu bidət sayır, bu, həqiqətən, bidətdir?

Ad günü keçirib-keçirməmək insanın özünə aid olan bir məsələdir. Burada dini əhəmiyyət daşıyan heç nə yoxdur. Bidət elə məsələlərdə olur ki, ona dini rəng geyindirilsin. Halal bilinməyən bir işi din pərdəsi altında halal saysınlar və ya əksinə, haram edilməmiş bir əməli dini qadağan kimi təqdim etsinlər. Ad gününü keçirmək məişət məsələsidir və bunu dinlə bağlamaq səhvdir.

Milli.Az islam.az-a istinadən bildirir ki, amma ad gününün keçirilməsi zamanı dini göstərişlərə əməl etmək və həddi keçməmək vacibdir. Ad günü süfrəsində israfa yol vermək, şəriətə zidd olan əyləncələrdən istifadə etmək, haram musiqi dinləmək və rəqs etmək, qadınlarla kişilərin haram ünsiyyətdə olması və s. günahdır və yolverilməzdir. Bu hədləri gözləmək şərti ilə hər kəsin özü üçün ad keçirməsi icazəlidir.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Əsranur · 8 Noyabr 21:3740

    Halal musiqi hansıdır-bilmək olar?Bəs ,niyə bir qrup qadın,İmam Əliyə tort bişirtdirib,"Happy birthday,İmam Əli"oxuyurdular?

    Cavab yaz
  • Anonim
    a · 9 Noyabr 02:1700

    Bidet.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.