Maraqlı

Qarın əsrarəngiz sirləri – Quran möcüzələri

30 Oktyabr 2018 21:05
9 Şərh     Baxış: 4 420
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qar, havanın soyuq olduğunu göstərir. Ancaq qar yağdığı üçün hava soyuq olmur, əksinə qar soyuğu azaldır. Havadakı toz və zəhərli hissəciklər, qarla yerə endirilərək hava təmizlənir. Yağan qar həm atmosferə istilik verir, həm də (özü də soyuq olmasına baxmayaraq) yeri bir yorğan kimi örtərək bəzi bitki və heyvanların artıq dərəcədə soyuqdan tələf olmasının qarşısını almaqda vacib rol oynayır.

Quran buyurur: "(Allah) göydən, onda olan donmuş bulud dağlarından QAR və DOLU nazil edir.
Onun vasitəsi ilə istədiyinə ziyan vurur və onu, istədiyindən sovuşdurur.
Onun (qar və dolunun) parıltısı az qalır gözlərin işığını yox etsin". (Nur surəsi, 43)

Milli.Az islaminsesi.info-ya istinadən bildirir ki, 1931-ci ildə Amerikalı Vilson Betley adlı bir fotoqrafın "Qar kristalları" kitabı satışa çıxarıldı. Vilsonun 2500- dən çox qar kristallarının üzərində apardığı təcrübə bütün dünyanı heyrətə saldı. Məlum oldu ki, qar kristalları əsrarəngiz olmağı ilə yanaşı hər biri özünəməxsus quruluşa malıkdir. Dünyaya yağan heç bir qar dənəsi o birisinə bənzəmir. Vinson özü bunu belə şərh edirdi:
"Böyüdücü ilə baxdıqda qar dənələrinin möcüzəvi quruluşunu gördüm. İndiyə gədər bu gözəlliyin başqaları tərəfindən görülməməsini utandırıcı hal hesab edirəm"

Sonradan alimlərin apardığı çoxsaylı təcrübələr həqiqəti daha da qabartdı. Qurani-Kərim hələ 1400 il bundan qabaq xüsusi ifadə seçimi ilə bu məsələni qeyd etməsi Uca Allahın əzəli və əbədi məharətindən xəbər verir. Daha maraqlısı isə ayənin axırında işlənən "Onun parıltısı az qalır gözlərin işığını yox etsin" cümləsidir.

Ərəbistanda qar və dolu yağışı nadir hallarda baş verir. Hətta yağsa belə, çox az müddətdə əriyir. Amma Qurani-Kərim onun işıqının parıltısının gözləri kor etməyindən danışır. Daimi qar və buzlaq olan ərazilərdə yaşayan insanlar gözlərinin kor olmaması üçün rəngli eynəklərdən istifadə edir. Eynək tapmayanlar isə müəyyən vaxtlarda gözlərinə qara və ya qırmızı parça qoyaraq gözlərini qoruyur. Ərəbistanda gözləri kor etməyə qadir olan qar, buzlaq və şaxta mövcud deyil. Quranın bu ayəsi ümumi planetin mənzərəsini özündə ehtiva edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.