Maraqlı

Biometrik "tanıma" təhlükəli sayıldı

18 Oktyabr 2018 08:25
0 Şərh     Baxış: 1 239
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gələn il milyonlarla avropalı mobil bankçılıq üçün öz hesabında avtorizasiyadan keçərkən gözlənilmədən çətinliklərlə üzləşəcək.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, "Apple" şirkətinin istehsalı olan qurğularda tətbiq edilən "Face ID" sifət skanerinə oxşar biometrik autentifikasiya sistemləri uzun müddət mobil bankçılıq xidmətlərində istifadəçilərin avtorizasiyadan keçməsi üçün rahat və təhlükəsiz mexanizm hesab edilib. Lakin tezliklə bu vəziyyət dəyişə bilər, çünki Avropa Birliyi mobil ödənişlərinin həyata keçirilməsi üçün yalnız biometrik autentifikasiyadan istifadəni çox təhlükəli hesab edib. Banklar yenidən parol, təhlükəsizlik sualları və kardriderlərdən istifadə etməli olacaq.
 
Dəyişikliklər 14 sentyabr 2019-cu il tarixində  Avropa Birliyinin "PSD2" Ödəmə Direktivinin reallaşdırılmasının tamamlanması çərçivəsində qüvvəyə minəcək. Sənədə əsasən, banklar bütün əməliyyatların həyata keçirilməsi vaxtı ikimərhələli autentifikasiyadan istifadə etməli olacaq. Məsələn, "Face ID" texnologiyasının köməyi ilə biometrik autentifikasiya ikimərhələli autentifikasiyanın yalnız bir mərhələsi hesab ediləcək, ikinci mərhələ kimi isə parol, token və ya kardrider kimi ayrıca qurğu istifadə edilməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.