Maraqlı

Sileyi-rəhim nədir?

16 Oktyabr 2018 08:31
0 Şərh     Baxış: 1 531
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ərəb dilindən tərcümədə "silə" sözü bağlılıq, "rəhim" isə ana bətni mənalarını verir. Dini termin olaraq, qohumlarla rabitə saxlamaq, qohumluq əlaqələrini canlı tutmaq, yaxınlarla mütəmadi olaraq hal-əhval tutub görüşmək sileyi-rəhim sayılır. Sileyi-rəhim hər bir müsəlmanın öhdəsində olan əsas vəzifələrdən biridir. Həzrət Mühəmməd Peyğəmbər (s) buyurmuşdur ki, sileyi-rəhim dinin bir hissəsıdir. İnsan öz qohumunu ziyarət edərkən ibadət etmiş kimi savab qazanır. Quranın "Mühəmməd" surəsinin 22-ci ayəsində qohumlarla rabitəni kəsən şəxsin ilahi lənətə düçar olacağı bildırilir. Hətta Peyğəmbər (s) Allahı ən çox qəzəbləndirən günahlar sırasında Allaha şərik qoşmaqdan sonra qohumlarla əlaqəni kəsməyi qeyd etmişdi. O həzrət buyurmuşdur: "Qiyamət günündə cəhənnəmin üzərindən hamının keçəcəyi sırat körpüsü qurulacaq. Körpünün başında duran mələklər insanlardan iki məsələ barədə soruşacaqlar: namaz və sileyi-rəhim. Namaz qılan, qohumlarla rabitəni unut¬mayan şəxs körpüdən salamat keçər, cəhənnəmə düşməz". İmam Mühəmməd Baqir (ə) buyurub: "Sileyi-rəhim insanın əməllərini paklaşdırar, mal-dövləti artırar, bəlaları uzaqlaşdırar, qiyamət hesabını asanlaşdırar və əcəli yubadar". Nəzərə almaq lazımdır ki, çətin vəziyyətə düşmüş, müsibətlə üzləşmiş, xəstələnmiş qohumların təsəlliyə daha çox ehtiyacı olduğu üçün onların ziyarətinə daha tez-tez getmək lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.