Sabah şahzadənin toyudur - TƏFƏRRÜATLAR - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sabah, oktyabrın 12-də Britaniyada kraliça 2-ci Yelizavetanın nəvəsi, şahzadə Endryunun və Sara Ferqüssonun qızı Yevgeniya Viktoriya Helenanın toyudur.
Milli.Az The Guardian-a istinadən bildirir ki, York hersoqu Endryunun 28 yaşlı qızı 32 yaşlı sevgilisi, iş adamı Cek Bruksbenklə ailə quracaq.
Nyukasl Universitetinin ingilis ədəbiyyatı və incəsənəti tarixi fakultəsini bitirmiş şahzadə Yevgeniya hazırda Londondakı "Hauser and Wirth" müasir sənət qalereyasının dierktorudur.
Şahzadənin valideynləri - York hersoqu, şahzadə Endryu və hersoginya Sara Farqüsson 22 il əvvəl boşansalar da, normal münasibətlərdədir.

Cek Bruksbenk isə aktyor, Hollivud ulduzu Corc Kluniyə məxsus "Casamigos" şirkətinin brend-meneceridir.
Şahzadə Yevgeniya ilə Cek 2010-cu ildə İsveçrədəki Verbye kurortunda tanış olublar, elə ilk baxışdaca bir-birlərinə vurulublar.
Bukinhemdəki nüfuzlu, təhsil haqqının çox bahalı olduğu Stou məktəbini bitirmiş C.Bruksbenk pablar şəbəkəsi yaratmaq niyyətindədir.
Toydan sonra Britaniya kraliçası 2-ci Yelizavetanın ona qraf titulu verəcəyi gözlənilir.
Şahzadə Yevgeniya və Cek Brunksbenk hazırda Kensinqton Sarayında yaşayırlar.
Toy sabah yerli vaxtla saat 11-də, Vindzor qəsrindəki Müqəddəs Georgi kilsəsində başlanacaq.
Daha sonra təzə bəylə gəlin kraliça 2-ci Yelizavetanın qəbuluna yollanacaqlar.
Günorta və axşam saatlarında toy Vindzordakı Böyük Parkda yerləşən "Royal Lodge"da davam edəcək.

Toyun xərcləri
Şahzadə Harri və Meqan Marklın toyunda olduğu kimi, şahzadə Yevgeniya və Cek Bruksbenkin toyu ilə bağlı bütün məsrəflər kraliçanın hesabından dönəcək.
Dövlət büdcəsindən yalnız mühafizə ilə bağlı xərclər ödənəcək.
Hesablamalara görə, kraliça 2-ci Yelizaveta və şahzadə Yevgeniyanın valideynləri toyun, sadəcə, mühafizəsinə ən azı 2 milyon funt-sterlinq ayırıblar.
Lakin bu gün bəlli olub ki, mühafizəyə dövlət büdcəsindən də 2 milyon funt ayrılıb və bu, britaniyalıları çox sinirləndirib.

Toyun qonaqları
Toya 1200 "adi insan" dəvət olunub. Dəvətnamələr lotereya əsasında paylanıb. Bukinhem Sarayından verilən məlumata görə, toya qatılmaq üçün 100 min müraciət olub.
"Yüksək mənsəbli qonaqlar" arasında zadəganlar, sənətçilər, siyasətçilər, iş adamları, habelə şahzadə Yevgeniya və Cek Bruksbendin dəstəklədikləri xeyriyyə təşkilatlarının nümayəndələri var.
Toyda şahzadə Yevgeniyanın təhsil aldığı Müqəddəs Georgi Məktəbi və "Coworth Flexlands"dan nümayəndələr də olacaq.
Kilsədəki nikah mərasiminə isə 800 nəfər qatılacaq.
Şahzadə Yevgeniyanın toya dəvət etdiyi dostları və rəfiqələri arasında müğənni Elli Qoldinq, model Kara Delevin, habelə milyarder Riçard Brensonun övladları Holli və Sem də var.

Gəlin nə geyinəcək?
Şahzadə Yevgeniyanın toyda geyinəcəyi gəlinlik paltarı ilə bağlı konkret məlumat yoxdur. O, "Erdem", "Ralph & Russo" və "Vivienne Westwood" brendləri arasında seçim edəcək.
Və digər təfərrüatlar
Şahzadə Harri ilə Keyt Middltonun övladları şahzadə Harri və şahzadə Şarlotta toyda paj ilə gəlinin rəfiqəsi funksiyalarını yerinə yetirəcəklər.
C.Bruksbenkin sağdışı onun kiçik qardaşı olacaq.
Gəlinin ətəyini isə müğənni Robbi Uilyamsın qızı Teodora Rouz Uilyams tutacaq.
Toyun tortunu tanınmış londonlu konditer Sofi KUabo hazırlayacaq. Tort "Qırmızı məxmər" adlanacaq.

Nikahı Britaniyanın ilk qaradərili arxiyepiskopu Con Sentamu qılacaq, mərasimi Vinzorun keşişi Devid Konner aparacaq.
Nikah mərasimi başa çatanda təzə bəylə gəlin kilsədən çıxıb Qvardiya Qrenadyor Alayının əsgərlərinin qarşısından keçəcəklər.
Toyda dünyaca məşhur tenor Andrea Boçelli, Britaniyanın Kral Filarmoniya Orkestrinin çıxışları olacaq.
Toy Britaniyanın İTV və ABŞ-ın TLC telekanallarında translyasiya ediləcək.
Toyda mərhum şahzadə Diananın sevimli himni olmuş "I Vow To Thee My Country" səslənəcək.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Sumqayıtda yol çökdü - (Video)
-
Tələbələri fotoları ilə şantaj edən şəxs saxlanılıb - (Video)
-
HONOR Çində bazara liderlik edir: Magic9 seriyası uğurun əsas hərəkətverici qüvvəsidir
-
Obitus filminin Qala Gecəsi Park Cinemada
-
Əməkdar artist: "Elə bilirdilər ayaqlarım əyridir ki, uzun geyinirəm"
-
Özcan Deniz Park Cinemaya gəlir!
XƏBƏR LENTİ
-
Azərbaycan millisində ciddi itki - Bu gün oynamayacaq
-
Sumqayıtda yol çökdü - (Video)
-
Tələbələri fotoları ilə şantaj edən şəxs saxlanılıb - (Video)
-
İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini buna görə işdən azad olunur
-
Aleksey Kaşuk “Qarabağ"dan ayrılmaq istədiyini etiraf etdi - Müsahibə
-
Nazpəri Dostəliyeva 5 il əvvəl çıxdığı işə qayıdır?
-
Biləsuvarda motosikletlə yük maşını toqquşub, ölən var
-
Tovuzda hamilə qadın bıçaqlandı - qardaşı saxlanıldı - Yenilənib
-
HONOR Çində bazara liderlik edir: Magic9 seriyası uğurun əsas hərəkətverici qüvvəsidir
-
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb - (Video)
-
Azərbaycan Avropa Siyasi Birliyində öz sözünü deyir – Sahil Kərimli
-
Makron özünü gülünc duruma saldı - (Foto)
-
Şəfiqə Məmmədova və Fəxrəddin Manafov “Laçından keçən ulduzlar” layihəsinin ilk qonaqları olublar - (Foto)
-
“Obitus” filminin qala gecəsi Park Cinema Flame Towers kinoteatrında baş tutacaq
-
Əyyub Quliyevin rəhbərliyi ilə Dövlət Kamera Orkestrinin konserti keçirildi - (Foto)
-
Deputatlar üç gün toplaşacaq: Büdcə, pensiya və sosial ödənişlərlə bağlı qərarlar
-
Obitus filminin Qala Gecəsi Park Cinemada
-
ADY oktyabrda rekord sayda sərnişin daşıyıb
-
Əməkdar artist: "Elə bilirdilər ayaqlarım əyridir ki, uzun geyinirəm"
-
Külək güclənəcək - Xəbərdarlıq verildi
-
Bakıda kütləvi dava: Bıçaqlananlar var - (Yenilənib)
-
Özcan Deniz Park Cinemaya gəlir!
-
Sofiyada “Azərbaycan Xalçaları Həftəsi” keçirilib: milli irsimiz Bolqarıstanda geniş şəkildə təqdim olunub - (Foto)
-
"Mingəçevir" komandası baş məşqçisi Elman Sultanovla yollarını ayırıb





