Maraqlı

Etikaf nə deməkdir və necə edilir?

25 Sentyabr 2018 21:55
0 Şərh     Baxış: 863
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Etikaf ərəb dilindən tərcümədə məcburiyyət, davamlı olaraq icra etmək, ətrafında dövrə vurmaq, tərk etməmək kimi mənaları verir. İslam şəriətində etikaf ibadət növüdür.

Milli.Az islam.az-a istinadən bildirir ki, öz-özlüyündə müstəhəbdir, amma nəzir demək, and içmək vasitəsilə insana vacib ola bilər. Bir neçə gün müddətində məscidə çəkilib bütün vaxtını namaz, dua, zikr, Quran tilavəti və bu kimi digər ibadətlərə həsr etməyə deyilir. Etikafda olan şəxs oruc tutmalıdır. Etikafda olan şəxsin zərurət olmadan (ayaqyoluna getmək, dəstəmaz almaq və s. hallar nəzərdə tutulur) məscidi tərk etməsi qadağandır. Həzrət Mühəmməd Peyğəmbər (s) və məsum imamlar 3 gün və daha artıq müddətdə etikafa gedirdilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.