"Versace" brendinin sahibəsi Donatella Versaçe İtaliyanın Venesiya şəhərində keçirilən 75-ci beynəlxalq kinofestivalın fəxri qonaqları arasındadır.
Milli.Az European-a istinadən bildirir ki, 63 yaşlı modelyer amerikalı aktyor Bredli Kuperin rejissor debütü olan "A Star is Born" filminin təqdimatına qatılıb.
Filmdə baş rolları Bredli Kuper və amerikalı müğənni Ledi Qaqa oynayıblar.
Mərasimdə D.Versaçeni tatar supermodel İrina Şeyk müşayiət edirdi.
İ.Şeyk B.Kuper ilə qeyri-rəsmi nikahdadır.
Milli.Az