Maraqlı

Göyərtini soyuducuda necə təzə saxlamaq olar?

23 Avqust 2018 23:45
2 Şərh     Baxış: 7 478
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çox sadə praktik üsullarla soyuducuda tərəvəz və göyərtilərin saxlanılması müddətini uzatmaq mümkündür.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, cəfəri, şüyüd, nanə, vəzəri kimi göyərtiləri, tərəvəzləri soyuducuda bir neçə həftə xarab olmadan saxlamaq mümkündür. Bunun üçün əvvəlcə göyərtilərin kökünü kəsin və dəstəsinin bağını açın. Yumadan əvvəl bir kağız dəsmala ya da qəzet kağızının üzərinə səpələnmiş şəkildə yerləşdirin. Bir neçə saat göyərtilərin üzərindəki artıq su quruyana qədər saxlayın. Sonra bu göyərtiləri əlinizlə boş bir dəstə hazırlayın. Bir su bankasına yaşıllıqların saplağı aşağıda qalacaq şəkildə yerləşdirin və daha sonra bankanın qapağını bağlayıb soyuducuda yerləşdirin.

Ehtiyacınız olduqda bankadan bir hissəsini çıxarıb istifadə edin.

Tərəvəzlər üçün banka kiçik olarsa, bağlanan neylon torbanın içərisinə kağız dəsmalı yerləşdirin, sonra hazırladığınız tərəvəzləri yerləşdirin, bu formada da qoruya bilərsiniz.

Bu praktik üsulla tərəvəz və göyərtilər daha uzun ömürlü olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.