Maraqlı

Riki Martin: "Türk qaynatamı, erməni qaynanamı çox sevirəm" - FOTO

13 Avqust 2018 13:04
11 Şərh     Baxış: 5 197
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur amerikalı müğənni, əslən Puerto-Rikodan olan Riki Martin əri Civan Yusiflə birlikdə İtaliyanın Sardiniya adasında istirahət edir.

Milli.Az TMZ-yə istinadən bildirir ki, 46 yaşlı müğənni və onun rəsmi nikahda olduğu əri, plastik rəssam, 36 yaşlı Civan Yusiv icarəyə götürdükləri yaxtada ada sahillərini dolaşıblar.

Yaxtada onların dostları və rəfiqələri də vardı.

Suriyanın Ras əl Ayn şəhərində doğulmuş Civan Yusifin atası türk, anası ermənidir. Sonradan ailə İsveçə mühacirət edib.

C.Yusif Londondakı "The Bomb Factory Art Foundation" studiyasının banisi və sahibidir.

O, Riki Martində 2016-cı ildə nişanlanıb, bu ilin yanvarında evlənib.

Riki Martin Sardiniya istirahətindən fotoları İnstagram-da paylaşaraq yazıb: "Ərimi, türk qaynatamı və erməni qaynanamı çox sevirəm".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.