Maraqlı

Namazın təşəhhüd hissəsində şəhadət barmağını tərpətmək savabdırmı?

7 Avqust 2018 23:20
18 Şərh     Baxış: 4 221
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu barədə İslam məzhəblərinin görüşləri fərqlidir. Belə ki, cəfəri məzhəbinə görə, təşəhhüddə və ya namazın hər hansı başqa əməlində barmağı tərpətmək nəinki savab sayılmır, hətta bədənin aramlığını pozan bütün əməllər kimi bu da məkruh bilinir.

Milli.Az islam.az-a istinadən bildirir ki, amma əhli-sünnə məzhəblərində hökm fərqlidir. Maliki, hənbəli və hənəfi məzhəblərinə görə, təşəhhüddə "la ilahə illəllah" deyilən zaman Allahın vahidliyinə işarə kimi bu hərəkəti edirlər. Malikilər sağ əlin qalan barmaqlarını bükür və şəhadət barmağını açıb yavaşca tərpədirlər. Hənbəlilər bununla yanaşı, orta və baş barmaqları halqa kimi birləşdirirlər. Hənəfilərdə isə "la ilahə" deyəndə şəhadət barmağını yuxarı qaldırmaq, "illəllah" deyəndə aşağı salmaq sünnət sayılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.