Maraqlı

Bəqi qəbristanlığında İmam Sadiqin (ə) məzarı hansıdır?

12 İyul 2018 21:50
1 Şərh     Baxış: 6 757
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bəqi qəbristanlığı Səudiyyədə Müqəddəs Mədinə şəhərində yerləşir. Bu qəbristanlığ müsəlmanların ilk qəbristanlığıdır.

Bəqidə çoxlu sayda səhabə və tabein məzarları vardır. O cümlədən bu qəbristanlığda 4 məsum İmamın (ə): İmam Həsən (ə), İmam Zeynul-Abidin (ə), İmam Məhəmməd Baqir (ə) və İmam Sadiqin (ə) pak və şərif məzarı vardır.

Milli.Az islaminsesi.info-ya istinadən bildirir ki, bu qəbristanlığ tarixdə radikal təkfirci düşüncəyə məxsus Vəhhabilər tərəfindən dəfələrlə dağıdılıb. O cümlədən adlarını qeyd etdiyimiz 4 imamın (ə) məzarlarının ziyarət olunmasına qadağalar qoyulub.

Bu dörd məsum imamın (ə) mübarək məzarlarını yalnız şəkillərdə görürük. Dörd məzar bir birinə yaxın yerləşir. Heç bir ad və ya bir fərqləndirici əlamət görünmədiyi üçün şəkil vasitəsi ilə 4 məsum imamın məzarını tanıtmaq zərurəti gördük.

Şəkildə öndə olan məzar həzrət peyğəmbərin (s) əmisi Abbas, sağ tərəfdən birinci İmam Həsən (ə), sonra İma Zeynulabidin (ə), sonra İmam Məhəmməd Baqir (ə), sonra İmam Sadiqin (ə) məzarıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.