Maraqlı

Talut və Calut eyni şəxslər olubmu?

10 İyul 2018 21:15
0 Şərh     Baxış: 362

Bəqərə surəsinin 249-cu ayəsində bu iki ad birlikdə çəkilmişdir. Talut və Calut eyni şəxs deyil. Talut Həzrət Davud Peyğəmbərin (ə) zamanında Bəni-İsrail xalqına başçılıq etmiş hökmdar olmuşdur.

Milli.Az islam.az-a istinadən bildirir ki, o, Allahın əmri ilə Bəni-İsrail xalqına başçı seçilmiş və ordu toplayaraq, işğalçılara qarşı uğurla vuruşmuşdu. Onun ordusu düşmənlə qarşılaşdıqda azyaşlı Davud (ə) çobanlıqla məşğul idi və orduda xidmət edənlərə baş çəkmək üçün düşərgəyə gəlmişdi. Düşmən tərəfdən Calut adlı nəhəng bir pəhləvan döyüş meydanına çıxaraq, özünə tərəf-müqabili tələb etdi və qarşısına çıxan hər kəsi öldürdü. Bu zaman Davud (ə) sapanddan atdığı daşla Calutu məhv etdi. Adların hər ikisinə Bibliyada da rast gəlirik. Bibliyada Talutun adı "Saul" şəklində, Calutun adı isə "Qoliaf" şəklində işlədilir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.