Qara istiot haqqında bilmədikləriniz
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qara istiot "Piper niqrum" adlı ağacabənzər sarmaşığın məhsuludur. Bu bitki meşədə bitir, acaclara sarmaşaraq onu hər tərəfdən əhatə edir.Sarmaşığın hündürlüyü 6 metrə qədər qalxa bilir. Qara istiot xüsusi olaraq yetişdirildiyi plantasiyalarda onun sarmaşması üçün dayaqlar qoyulur. İstiot yetişən sarmaşığın yumurta formalı, boz-yaşıl rəngli yumşaq yarpaqları olur. Qara istiot kiçik ağ çiçəklər açır. Çiçəklərin yeridə isə kiçik, yumru, möhkəm və acı dada malik meyvələr yetişir. Qara istiotdan istifadə eləmək ürək-damar xəstəlikləri zamanı çox faydalıdır. O damar divarlarını effektiv şəkildə təmizləyir və qanın təmizlənməsinə səbəb olur.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, o ət, balıq və toyuq məhsullarının dadlandırılmasında istifadə edilir. Qara istiotun vətəni cənub-qərbi Hindistandır(keçmiş Kerala ştatı). Əvvəllər bu torpaqlar Malixabar adlandırılıb. Bu isə tərcümədə "istiot torpaq"deməkdir. Hindistanda qara istiot malixabar giləmeyvəsi adlandırılır. Qara istiot quru yerdə və hermetik qabda saxlanılmalıddır. Saxlanıldığı müddətdən qara istiotun rəngi dəyişilib boz olarsa deməli o öz keyfiyyətini itirmişdir. Bu cür istiot müalicəvi xüsusiyyətini itirmiş olur. Qara istiotun tərkibində pirolin, xavisin, şəkər, müxtəlif fermentlər, efir yağları, nişasta, alkoloidlər, zülallar və vitaminlər var. Qara istiotun tərkibində olan C vitamininin miqdarı portağalın tərkibində olan C vitamininin miqdarından 3 dəfə çoxdur. Onun tərkibi kalum, kalsium, fosfor, karotin və B qrup vitaminlərlə zəngindir. Amma, onu yaxşı saxlamadıqda tərkibində olan efir yağları uçur və tərkibindəkilər öz keyfiyyətini itirir. Qara istiot həzm sisteminin yaxşılaşmasına səbəb olur. Onu salatlara və tərəvəzlərə əlavə eləmək qidaların dadlanmasına səbəb olur. O qidalara isti təsir bağışlayır və orqanizmin də daxildən isinməsinə səbəb olur. Qara istiot tənəffüs yollarında yığılıb qalmış seliyin xaric olunmasına səbəb olur. Onu qidalara əlavə etdikdə qidalar orqanizmə qızıdırıcı təsir bağışlayır. Qara istiot orqanizm üçün faydalı olsa da, ondan həddindən artıq istifadə etmək olmaz. Bu orqanizmdə qıcıqlanmalara və dəridə sinir səbəbli oyanmalara səbəb ola bilir. Qara istiot orqanizmə rahatlıq verir, damarlarda, bronxlarda yığılıb qalmış artıq maddələrin xaric edilməsini sürətləndirir və əmələ gəlməsinin qarşısını alır. Qara istiot yemək dəridə olan yaraların, çibanların sağalmasını sürətləndirir. Üyüdülməmiş yumru istiot dənələrini çeynəyib udmaq mədə şirəsinin sürətlə axmasına səbəb olur. Buna görə də 10-12 qara istiot dənəsini çoxlu çeynəyib udmaq və sonra su içmək lazımdır. Sidik yollarında və həzm sistemində olan olan problemləri həll eləmək üçün qara istiot qatılmış su ilə inhalyasiya eləmək orqanizmə müalicəvi təsir göstərir. Qara istiotla inhalyasiya etmək orqanizmdə olan bakteriyaların məhv olmasına, zərərli maddələrin xaric olunmasına, iştahanın artmasına, həzmin yaxşılaşmasına səbəb olur. Araşdırmalar qara istiotun ürək-damar xəstəlikləri riskinin qarşısını aldığını, qanı təmizlədiyini, qan dövranını yaxşılaşdırdığını, maddələr mübadiləsini sürətləndirdiyini, kalorini azaltdığını sübut etmişlər.
Bağırsaqlarda toksinlər olduğu zaman, maddələr mübadiləsi pozğunluqlarında, piylənmə zamanı, yüksək temperatur olduqda, soyuqlama və qripp zamanı qara istiotdan istifadə etmək xəstəlik əlamətlərinin azalmasına səbəb olur.
Qara istiotun zərərli xüsusiyyətləri
Həddindən çox qara istiotdan istifadə etmək orqanizmdə qıcıqlanmalara səbəb olur. Sidik kisəsinin və böyrəklərin kəskin iltihabi xəstəlikləri zamanı qara istiotdan istifadə etmək məsləhət deyil. Mədə və onikibarmaq yarasından əziyyət çəkənlər, allergiya və anemiyası olanlara da qara istiotdan istifadə edən zaman ehtiyyatlı olmaq məsləhət görülür.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Real Madrid"in yeni baş məşqçisi artıq BƏLLİDİR
-
Səhnəyə Azərbaycan bayrağı ilə çıxdı - VİDEO
-
9 əkiz uşağının 5 yaşını keçirdi: Möcüzə BAŞ TUTDU - VİDEO
-
Arda Turan yeni mövsümdə bu komandanı ÇALIŞDIRACAQ
-
Nigar Fərhad ilk dəfə qızının FOTOlarını paylaşdı
-
"UFC Fight Night Baku" turnirinin bütün döyüşləri BƏLLİ OLDU
XƏBƏR LENTİ
-
Ad gününün səhərisi vəfat etdi - FOTO
-
31 yaşlı qadın kafedə qətlə yetirildi - Əri saxlanıldı
-
"Zirə"nin futbolçusu "Sabah"a qarşı matçda meydana çıxa bilməyəcək
-
İlham Əliyevlə Pakistanın Baş naziri arasında telefon danışığı olub - FOTO
-
"Real Madrid"də köklü dəyişiklik: 9 nəfər göndəriləcək
-
Bakı sakinlərinə xəbərdarlıq: Sabah alternativ yollardan istifadə edin
-
Britaniya səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb FOTO
-
İnternetdə tanış olduğu qadın kişini tələyə saldı - FOTO
-
ABŞ bu ərazidə yeni hərbi bazalar planlaşdırır
-
Gürcüstandan Azərbaycana xəstə heyvanlar gətirmək istədilər
-
Maştağada yaşayış evi qrunt sularının altında qaldı
-
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edildi
-
Əhalinin banklara etibarı güclənir?
-
Elektron siqaretlərlə bağlı QƏRAR - RƏSMİ
-
Hantavirus necə yayılır? - İnfeksionist açıqladı
-
Qapılara yapışdırılan elan vətəndaşa baha başa GƏLDİ
-
"Real Madrid"in yeni baş məşqçisi artıq BƏLLİDİR
-
Səhnəyə Azərbaycan bayrağı ilə çıxdı - VİDEO
-
WUF13-ün tədbir zalı 6000 nəfərə qədər iştirakçını qəbul edə biləcək
-
Anasını öldürməkdə təqsirləndirilən şəxs barədə şok FAKTLAR
-
9 əkiz uşağının 5 yaşını keçirdi: Möcüzə BAŞ TUTDU - VİDEO
-
“Araz-Naxçıvan” onu göndərdi
-
Açıq hava formatında WUF13 Bulvarı yaradılıb
-
Arda Turan yeni mövsümdə bu komandanı ÇALIŞDIRACAQ





