Maraqlı

“Instagram”ın bazar dəyəri hesablandı - 100 MİLYARD $

28 İyun 2018 08:51
0 Şərh     Baxış: 1 015
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Əgər "Instagram" müstəqil platforma olsaydı, hazırda onun bazar dəyəri 100 milyard dolları ötərdi.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bunu "Bloomberg"in eksperti Citendra Varal hesablayıb.

C. Varal bildirib ki, qarşıdakı 1 il ərzində "Instagram"ın gəliri 10 milyard dolları aşacaq və bu platforma aid olduğu "Facebook"a nisbətən daha sürətlə istifadəçi cəlb edir. İyun ərzində platforma aylıq 1 milyard aktiv istifadəçi göstəricisini keçib və qarşıdakı 5 ildə bunu iki dəfə artıra bilər.

Bundan başqa, "Instagram" auditoriyası "Facebook" auditoriyasından daha gəncdir və bu da platformanı reklamverənlər üçün cəlbedici edir.

Qeyd edək ki, "Instagram" foto xidməti 2010-cu ildə istifadəyə verilib. 2012-ci ildə "Facebook" bu xidməti 1 milyard dollara satın alıb. Cəmi 2 il sonra "Instagram"ın dəyəri 35 milyard dollara yüksəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.