Maraqlı

Limfa düyünləri niyə şişir?

14 İyun 2018 20:45
6 Şərh     Baxış: 1 848

Limfa düyünləri boyunda, qolaltında, boğazda, bədənin bir çox hissələrində olur. Orqanizmin təmizlənməsində böyük rol oynayan bu həssas düyünlər bəzən iltihabi prosesdən şişir, ölçüsü böyüyür və ağrı verə bilir. 

Limfa düyünləri patoloji hüceyrələrin çoxalmasının qarşısını alır, orqanizmə düşən infeksion agentləri zərərsizləşdirir, hüceyrələrarası mayeni qovur, limfositlərin yaranmasını həyata keçirir. Limfadüyünü yumru və ya oval formada olur, normal vəziyyətdə 1 sm olur. Yüngülcə basıldıqda əl altında hərəkət edən piy vəzisi kimi hiss olunur, ağrısızdır. 

Milli.Az medicina.az-a istinadən bildirir ki, limfatik sistem toxuma və hüceyrələri təmizləmək üçündür. Maddələr mübadiləsi, immun sistem, müdafiə qabiliyyəti, lipid mübadiləsində əsas rol oynayır.
 

Limfa düyünləri niyə böyüyür?

Limfademopatiya - artıq orqanizmdə təhlükəli vəziyyət yarana biləcəyini göstərən siqnaldır.  Yerləşdiyi nahiyədən asılı olaraq hansı sistem və orqanda problem olmasını bilmək olar. Əgər tənəffüs sistemində infeksiya, iltihab varsa - boyun, boğaz limfadüyünləri şişir. 
Osteomiletdə diz limfa düyünləri böyüyür. 

Orqanizmə infeksiya düşdükdə, iltihabi proses kəskinləşdikdə yaxınlıqda olan limfa düyünləri daha çox müdafiə hüceyrələri sintez edir ki, bu da düyünlərin böyüməsinə səbəb olur. İnfeksiya bədəndə var gücü ilə yayılmağa başlayanda limfadüyünlər onu özündə tutub saxlayır. Orqanizmdə infeksiyalaşma nə qədər yüksəkdirsə, limfa düyün bir o qədər yüklənir. Düyünün ölçüsü 5-6 sm-ə kimi böyüyür. 

Əgər bu mərhələdə heç bir tədbir görülməsə, ikincili xəstəlik olaraq limfa düyünlərin iltihabı və irinləməsi- Limfadenit başlayır.

Səbəblər:
-Orqanizmə virus infeksiyalarının düşməsi
-Herpes
-Bakterial infeksiyalar
-Göbələk
-Şiş yaradan hüceyrələrin bölünməsi
-Iltihabi proseslərin olması
-Burun-tənəffüs sisteminin xəstəlikləri- laringitdən tutmuş otitə kimi
-Dİşlərdə karies
-Revmatizm
-Vərəm xəstəliyi
-QİÇS
-Allergik reaksiyalar 
-Zəif immun sistemi
-Stress, avitaminoz
-Orqanizmin kəskin soyuması
-Xoş və ya bədxassəli şişlərin olması
-Alkoqolizm, narkomaniya
-Bəzi dərman preparatlarının və antibiotiklərin təsiri

Limfadüyünlərin böyüməsinin səbəbləri o qədər çoxdur ki, hər həkim belə baş çıxara bilmir. Amma əsas 3 qrupu ayırd edirlər: ya orqanizmdə güclü iltihab var, ya infeksiyalar çoxalıb ya da onkoloji proses başlayıb.

Əgər sizdə limfa düyünləri ətrafı qızarıbsa, əllə yoxladıqda böyümə, ağrı varsa, udma və baş çevirmə zamanı diskamfort yaranırsa, şişkinlik, tərləmə, titrəmə, çəki itirilməsi, qaraciyərin böyüməsi, gücsüzlük, öskürək, boğazda ağrı, ürəkbulanma, qızdırma varsa, o zaman limfa düyünlərin iltihabından şübhələnib həkimə getmək lazımdır. 

Diaqnoz:

-Həkimin əllə müayinəsi
-Qan analizi
-USM
-RENTGEN
-Onkomarkerlərin təyini
-Lazım gəldikdə, düyündən biopsiya.

Müalicəsi:
Səbəbi araşdırdıqdan sonra antibiotik terapiya başlanılır. Əgər virus infeksiyasıdırsa, simtptomatik müalicə olunur. Əgər göbələk infeksiyasıdırsa, göbələk əleyhinə preparatlar. 

Limfa düyünləri şişən zaman xəstə:
-Sutkaya 2litr su içməlidir, çünki limfa suyun sayəsində axın edir.
-Qızdırma salıcı və iltihab əleyhinə dərmanlar qəbul etməlidir. 
-Boğaza kompreslər olunmalıdır.
-Ağır halda yataq şəraitində olmalıdır.

Qəti olmaz:
-Limfa düyünlərini sıxmaq, masaj etmək, isitmək, mazlar, kremlər çəkmək. 

Cərrahi əməliyyat:
Əgər limfadüyünlər çox böyüyübsə, irinlidirsə və şiş hüceyrələri metastaz veribsə, əməliyyatla götürülür. 

Milli.Az

loading...

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Samire · 14 İyun 21:0210

    Limfa soyuq deymeden de şişir.Serin su icmekden de şişir.Bizim 1 qohumumuza güclü soyuq olmuşdu.linfasi şişdi.Getdi hekime xerşeng diaqnozu qoydular.Emeliyyat elemediler ximya verdiler.Çox şükür Allaha sağaldi.Hekim söylemişdi ki ümumilliyetle linfa xerşengi mualiceye tabe olan xestelikdi.

    Cavab yaz
  • Anonim
    Samire · 14 İyun 21:1700

    Bir tanişimiz da vardi linfasi şişmişdi.6 7 il mualiceler aldi.Antipiyotikler ne bilim neler.Siş cekilirdi yeniden qayidirdi.Axiri ankaloqiyaya getdi.hekimler ximya etmeyi teklif elediler.Ximya olundu.ve sağaldi..Amma onu da deyim ki, çox vaxt xoşxasseli şişlere de ximya verirler.Yeni tam saqalsinlar.Zehle töken xestelik olduğuna göre.

    Cavab yaz
  • Anonim
    Samire · 14 İyun 21:3900

    Xoş xasseli linfa şişlerine ximya verirler. başqa orqanlarda olan xoşxasseli şişlere yox.Onu beyaq şerhimde yazmaq istedim.

    Cavab yaz
  • Anonim
    Samirə- yə · 14 İyun 22:0510

    Limfa düyününə ximya vermirlər okey canım.

    Cavab yaz
    • Anonim
      V · 14 İyun 22:5710

      Ximiya sagaltmır.Ximiya son caredir ve şışın böyuməsini blokadaya alır..Yalnız ömrü uzadır.1-2il.Allah sagalmaz dərddən nicat versin.

      Cavab yaz
    • Anonim
      alsu · 15 İyun 00:3400

      bizim qohumumuzda da vardi wua verdiler sagaldi amma isti cay icmir yaxwida yeye bilmir 25 ildir yawayir amma

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.