Qara yemişan bir metr boylarında olan yemişan kolunun meyvəsidir. Onun yarpaqlarının uzunluğu 3 santimetr, meyvəsi kiçik, çiçəkləri ağ və ya çəhrayı rənglərdə olur. Qara yemişandan mürəbbə, kompot və şərab hazırlamaq üçün istifadə edilir.
100 qram qara yemişanın tərkibində olanlar:
- Zülallar - 1 qr
- Yağlar - 0,5 qr
- Karbohidratlar - 6,6 qr
- Su - 87,7 qr
- Kalori - 39 kKal.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, qara yemişanın tərkibi qiymətli maddələrlə zəngindir. Bu səbəbdən də o ən yaxşı dərman bitkilərindən hesab edilir. Onu toplamaq və saxlamaq çox çətindir. Əsasən qara yemişanı yetişən zaman yeyirlər. Təzə halda onun tərkibindəkilər orqanizm üçün daha çox faydalı olur. Qara yemişan unikal tərkibə malik olan giləmeyvələrdəndir. O damarların divarını möhkəmləndirir, ürəyin işini yaxşılaşdırır, mədəaltı vəzin və bağırsaqların sağlamlığını qoruyub saxlayır. Qara yemişan hüceyrələrin qocalmasını ləngidir, beynin qocalmasının qarşısını alır. O sinqa xəstəliyinin qarşısını alır, orqanizmə ödqovucu, skleroz əleyhinə, kardiotonik, hipotenziv və iltihab əleyhinə təsir bağışlayır. Onun dəmləməsi arterial təzyiqi aşağı salır, sklerozlaşmanın qarşısını alıq, kapilyar damarları təmizləyir, revmatizm, angina xəstəliklərinin əlamətlərini azaldır. Qara yemişan kapilyar damar xəstəliklərinin sağalmasına səbəb olur. Mütəxəssislər şəkərli diabet xəstələrinə yemişandan istifadə etməyi məsləhət bilir. O qanda şəkərin miqdarının azalmasına səbəb olur, maddələr mübadiləsini yaxşılaşdırır. Qurumuş yemişan dəmləməsi də orqanizmə eyni təsiri bağışlayır. Dəmləməni hazırlamaq üçün 1 qaşıq yemişan qurusunu 15 dəqiqə qaynadıb içmək lazımdır. Qara yemişanın yarpaqları da orqanizm üçün çox faydalıdır. Yarpaqlarının dəmləməsindən istifadə edərkən həkimlə məsləhətləşmək lazımdır. Qara yemişanın yarpaqlarının dəmləməsi ürək xəstəlikləri və qəbizlik zamanı istifadə edilir.
Davamlı olaraq yemişan yemək və ya onun dəmləməsini içmək görmənin yaxşılaşmasına və bəzi göz xəstəliklərinin sağalmasına səbəb olur. O orqanizmdən radioaktiv zərərli maddələrin, ağır metal zəhərlənmələrinin xaric olmasına səbəb olur.
Qara yemişan dəmləməsi qanın laxtalanmasının qarşısını alır. Onu yaşlı adamlara fiziki gücünü bərpa eləmək məqsədilə təyin edirlər.
Qara yemişanın xərçəng hüceyrələrinə qarşı mübarizə aparması elmdə öz sübutunu tapıb. Qara yemişan az kalorili giləmeyvələrdəndir. Onun tərkibində şəkər, zülal, orqanik turşular(benzoy, limon, alma, sirkə və s.), liflər, qətran maddələr, rəngli maddələr və pektin var.
Onun tərkibi karotin, C, A, B, K, P, PP vitaminləri ilə zəngindir. Bu vitaminlərin qarışımı isə kapilyar vena damarlarının genişlənməsinə səbəb olur. 100 qram qurudulmuş qara yemşanın tərkibində olanlar:
- B1 vitamini - 0,02 mq
- B2 vitamini - 0,02 mq
- PP vitamini - 0,3 mq
- C vitamini - 16 mq
- A vitamini - 0,29 mq
- Kalsium - 16 mq
- Fosfor - 13 mq
- Dəmir - 0,8 mq.
Onu həddindən çox miqdarda qəbul eləmək olmaz. Bu əzələlərin funksiyasına pis təsir edə bilər və əzələlərdə oksigen azlığı əmələ gələ bilər. Hamilə və uşaqəmizdirən qadınlar qara yemişandan istifadə edən zaman ehtiyyatlı olmalıdırlar. Bu onlarda intoksikasiyaya və uşaqda allergiyaya səbəb ola bilər.
Öd kisəsinin diskineziyası zamanı qara yemişandan istifadə eləmək məsləhət deyil. Bu öd kisəsinin kəskin xəstəliklərinə səbəb ola bilər.
Milli.Az
Maraqlı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Qara yemişanın faydaları
9 İyun 2018 19:50
0 Şərh
Baxış: 64 047
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yatmazdan əvvəl edilən bu vərdiş böyrəkləri sıradan çıxarır
-
Yardımlıda işıq olmayacaq
-
İranda yüksək vəzifəli şəxsin evi bombalandı, özü ağır yaralandı
-
“Eşref Rüya”nın aktyoru vəfat etdi - FOTO
-
Türkiyə mətbəxindən qozlu acuka resepti
-
Türkiyənin vitse-prezidenti Azərbaycana gəlib - FOTO
-
Xameneinin vəziyyəti açıqlandı
-
Pezeşkian ABŞ xalqına məktub ünvanladı
-
Şanlı aprel zəfərindən 10 il ötür
-
Mandalin qabığı çayı nədir? - Faydaları və hazırlanma qaydası
-
Günün qoroskopu: Köhnə borcları qaydaya salaraq irəli gedə bilərsiniz
-
Yapon cütlüklər ayrı yatırlar: Sən demə, səbəbi bu imiş
-
Gecə zehni susmayan 5 bürc
-
Bu yolda sürət həddi endirildi - FOTO
-
Dünyanın ən nəzakətli ölkələri açıqlandı - siyahı
-
"Nə məcburdur ki, bu statistikanı açıqlayırsınız?"
-
Toral qızına ad günü edir - VİDEO - FOTO
-
Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq
-
Bu ölkədə nağd pulla bağlı xəbərdarlıq: Artıq məcburi olacaq
-
Səkkizmərtəbəli bina nəhəng yolun ortasında tək qaldı
-
"Bayern Münhen"in ulduzu" Real Madrid"lə oyunu buraxa bilər
-
Səhərlər isti su içmək həqiqətən sağlamlığa faydalıdırmı?
-
Kartof qızardarkən yağ çəkməməsi üçün nə etməli?
-
Sarkisyanın partiyası parlament seçkilərində iştirak etməyəcək





