Maraqlı

Toyda şok: bəy tamaha görə gəlini boşadı - FOTO

24 May 2018 16:13
3 Şərh     Baxış: 6 499
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində "unikal" nikah olub.

Milli.Az Gulf News-a istinadən bildirir ki, 29 yaşlı ərəb nikahdan 15 dəqiqə sonra boşanıb.

Səbəb onun qayınatasının tamahıdır.

İlkin məlumatlara görə, təzə bəy xanımına görə qayınatasına "süd pulu" qismində 100 min dirhəm (27,3 min dollar) ödəməli idi.

O, məbləğin yarısını nikahdan 10 dəqiqə əvvəl qayınatasına verib. Lakin gəlinin atası bununla kifayətlənməyib, məbləğin hamısını, dərhal tələb edib.

Bundan sinirlənən təzə bəy nikahdan cəmi 15 dəqiqə sonra xanımından boşandığını deyib və toyu tərk edib.

"Məndən pulun hamısını istədi. Dedim ki, 5 dəqiqə gözləsin, pul maşındadır, gətirərlər. O isə bağırdı ki, dostumu və ya qohumumu göndərim, pulu gətirsinlər. Özümü çox pis, alçalmış hiss etdim və bu ailə ilə qohum ola bilməyəcəyimi anladım", - təzə bəy söyləyib.

Dubayda ən sürətli boşanma 2012-ci ildə olmuşdu. Toyda gəlinin atası "qızım ərə gedəndən sonra da işləməlidir" dediyinə görə təzə bəy gəlini nikah mərasimi başa çatan kimi boşamışdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.