Maraqlı

Dünyanın gözlədiyi toya az qaldı - FOTO

17 May 2018 10:18
6 Şərh     Baxış: 3 356
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayın 19-da, şənbə günü Britaniya kraliçası 2-ci Yelizavetanın nəvəsi, 33 yaşlı şahzadə Harri ilə amerikalı model və aktrisa, 36 yaşlı Reyçel Meqan Marklın toyu olacaq.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, bütün dünyanın səbirsizliklə gözlədiyi toy 32 milyon funt-sterlinqə başa gələcək.

Londondakı Vindzor qəsrinin qarşısında artıq yüzlərlə insan növbə tutub, çadırlar qurublar. Onlar toyu gözləyirlər.

Bu arada Meqan Marklın xalası qızı, 53 yaşlı Samanta Qrant qalmaqallı açıqlama verib. Dağınıq skleroz xəstəsi Samanta əlil arabasına məhkumdur. O, Meqan Marklın xudpəsənd, ikiüzlü, yalançı olduğunu deyib: "Meqan Harrini sevmir. O, sadəcə, kral ailəsinin üzvü olmağa can atır".

Harri və Meqanın toyuna Viktoriya Bekhem, Emma Banton və Xeri Holliuell də dəvət olunublar.

Toyda müğənni Elton Con da oxuyacaq.

Nikah və toy mərasimləri şənbə günü yerli vaxtla saat 12-də Vindzor qəsrindəki Müqəddəs Georgi kilsəsində başlanacaq.

Harri ilə Meqan kilsəyə "Askot" tipli açıq landoda gedəcəklər.

Onların nikahını Kenterberi arxiyepiskopu Castin Uelbi kəsəcək. Bu zaman Karen Qibsonla "The Kingdom Choir" səhnədə ifaya başlayacaqlar, daha sonra onlara violençelçi Şeku Kanne-Meyson qatılacaq.

Mərasim Vindzor qəsrindəki Georgi zalında davam edəcək. Ziyafətə 600 qonaq dəvət olunub.

Axşam saatlarına yaxın Harri və Meqan kraliça ailəsinin şəhər ətrafındakı iqamətgahı olan Froqmor Hausa yollanacaqlar. Orada 200 qonaq olacaq.

Toy günü futbol üzrə İngiltərə Kubokunun final matçı da olacaq.

Toydan sonra Meqan Markl "Uels hersoginyası" titulu alacaq.

Nikah mərasimində Meqanın atası Tomas Markla anası Doriya Radlanın da iştirakı gözlənilir.

Toya heç bir siyasətçi dəvət olunmayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.