Durna balığı sürü şəklində yaşayan balıqlardandır. Onun uzunluğu 1,5 metr, çəkisi isə 35 kiloqrama qədər böyüyə bilir. Amma əsasən durna balığının 8 kq çəkiyə qədər böyüyən növlərinə rast gəlinir. Durna balığının ölçüsü və rəngi yaşadığı su hövzəsinin mühitinə uyğun olaraq dəyişə bilir. Milli.Az immunitet.az-a istinadən bildirir ki, durna balığının boz-yaşıl, boz-sarı, tünd boz rəglərinə rast gəlmək olur. Onların hamısının bel hissəsinin rəngi tünd olur. Bəzi durna balıqlarının dərisində isə tünd və ya narıncı rənglərdə ləkələrə rast gəlmək mümkündür. Durna balığı 30 il ömür sürə bilir. Durna balığına Avrasiya və Şimali Amerikanın bütün sularında rast gəlmək mümkündür. Baltik, Azov, Xəzər və s. dənizlərində də durna balığına rast gəlinir. Durna balığı -3-6* dən aşağı tempraturu olan sularda yaşaya bilmir. Su donduğu zamanlarda isə durna balığını sahildən 1 metr uzaq məsafədə görmək olur. Durna balığı xırda balıqlarla qidalanır. 2-4 dişi durna balığının 1 erkək durna balığı olur. Amma ən iri erkək durna balığının 6-8 dişi balığı olur. Durna balığının əti dietik balıq ətlərindəndir. Onun tərkibində çoxlu miqdarda zülallar, az miqdar yağlar olur. Onu qızartdıqda tərkibində olan kalorinin miqdarı artır. Bu səbəbdən də çəkisini nəzarət altında saxlamaq istəyənlərə davamlı olaraq qızardılmış durna balığı yemək məsləhət görülmür. 100 qram durna balığının qida dəyəri:
- Zülallar - 18,5 qr
- Yağlar - 1,1 qr
- Su - 79,3 qr
- Kalori - 84 kKal.
Qızardılmamış durna balığının 100 qramında 84 kalori var. O ən yaxşı dietik balıqlardan hesab edilir. Onun tərkibində olanlar orqanizmdə olan bakteriya infeksiyalarına qarşı mübarizə aparmaq və immuniteti yüksəltmək qabiliyyətinə malikdir. Araşdırmalar zamanı düzənli olaraq durna balığı yeyənlərin qripp xəstəliyinə yoluxmadıqları aşkar edilmişdir. Durna balığı fosfor və kaliumla zəngindir. Onun ətində maqnium, natrium, kalium, kükürd, dəmir, sink, yod, maqranes, xrom, ftor, kolbat, nikel, molibden, B1, B2, B6, B9, C, E, A, PP vitaminləri var. Durna balığı yemək orqanizmin B qrup vitaminlərə olan ehtiyacını ödəyir. Durna balığını suda, buğda, sobada bişirilmiş, yağda qızardılmış şəkildə yemək olur. Davamlı olaraq durna balığı yemək infarkt riskinin baş verməməsinə səbəb olur. Durna balığının əti dadlı olduğuna görə o mətbəx stolunun əl arzulalan qidalarından sayılır. Durna balığı qədim romalıların və ingilislərin ən çox sevdiyi qidalardandır. Daima bədən gözəlliyinə diqqət yetirən fransızlar da həmisə durna balığı yeməyə üstünlük verirlər.
Durna balığının zərərli xüsusiyyətləri
Durna balığı ətində olan maddələr allergiyanın əmələ gəlməsinə səbəb ola bilər.
Dietoloqlar durna balığı alarkən onun haradan ovlanmasına diqqət yetirməyi tövsiyə edirlər. Durna balığı ətində olan zərərli maddələr orqanizmdə patoloji əlamətlərin meydana gəlməsinə səbəb ola bilir. Bəzi müsəlman ölkələrində durna balığı əti ilə qidalanmağa qadağa qoyulub. Bu ölkələrdə durna balığı əti donuz əti kimi haram sayılır. Həddindən çox durna balığı yemək artıq çəkinin əmələ gəlməsinə səbəb olur.
Milli.Az
Maraqlı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Durna balığının faydaları
15 May 2018 22:55
0 Şərh
Baxış: 15 535
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
Rasim Balayevin Həkəridəki görüntülərini PAYLAŞDI - VİDEO
-
"Onun meyxana qədər səviyyəsi olmalıdır ki, belə danışa"
-
Bu ay kim qazanacaq, kim itirəcək? - BÜRClərə görə proqnoz
-
Daha bir məşhur estetik əməliyyat etdirdi, Röya görüb TANIMADI - VİDEO
-
Bu məşhur müğənni Rasim Balayevin QOHUMU İMİŞ...
-
DÇ-2026: Türkiyənin oyunları bu tarixdə keçiriləcək
XƏBƏR LENTİ
-
Rasim Balayevin Həkəridəki görüntülərini PAYLAŞDI - VİDEO
-
Aprel ayının havası necə OLACAQ?
-
Azərbaycanda bu məhsulların qiyməti BAHALAŞDI - 20 manata olan 25 manata...
-
Azərbaycanda üç qurumun istintaq orqanı birləşdiriləcək
-
"Onun meyxana qədər səviyyəsi olmalıdır ki, belə danışa"
-
Bodrumda qayıq batdı - Çoxlu sayda ölən var
-
İranın bu ölkədəki səfiri ÖLDÜRÜLDÜ
-
Daha bir yolda təhlükəli vəziyyət yaranıb - Onlarla avtomobil zərər görüb
-
Bu ay kim qazanacaq, kim itirəcək? - BÜRClərə görə proqnoz
-
Bakıxanovun evi qəzalı vəziyyətə düşdü
-
Direktor getdi, baş həkim rəhbər oldu - FOTO
-
Borc müqaviləsi nə üçün vacibdir?
-
Bakıda bu evlər UCUZLAŞIR
-
Daha bir məşhur estetik əməliyyat etdirdi, Röya görüb TANIMADI - VİDEO
-
Bu şəxslərin 5 illik səlahiyyət müddəti bitir
-
Bakıda duman niyə artıb? - AÇIQLAMA
-
Rusiyada təyyarə qəzaya uğradı - Bütün sərnişinlər öldü
-
Tanınmış sabiq hakim dünyasını dəyişdi
-
Müharibənin bitəcəyi tarix AÇIQLANDI
-
Ölkəyə gətirilən kələmdən 100 kiloqram narkotik ÇIXDI - FOTO
-
Bu məşhur müğənni Rasim Balayevin QOHUMU İMİŞ...
-
Tramp xalqa müraciət edəcək
-
DÇ-2026: Türkiyənin oyunları bu tarixdə keçiriləcək
-
Qızılı olanlara ŞAD XƏBƏR - 4 700 dolları ötdü





