Maraqlı

Bədəninizə batan paslı mismar ölüm səbəbiniz ola bilər

26 Aprel 2018 23:53
1 Şərh     Baxış: 24 573
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vücudunuza batan adi paslı mismar qorxunc xəstəlik yarada bilər.  
 
Milli.Az medicina.az-a istinadən bildirir ki, keçmiş zamanlarda  yalancı gumma adlandırılan xəstəlik daha çox yayılmışdı. Toksik infeksion xəstəliklərinə aid edilir.
 
Bu mikrob çox təhlükəlidir və istənilən məkanda yaşaya bilir. Törətdiyi xəstəliyin müasir adi tetanoz olaraq bilinir. Bədəndə  balaca bir yaradan və kəsiklərdən içəri daxil olduqdan sonra sinir sistemə yayılır  və aparılan müalicələrə baxmayaraq 10 xəstənin 6-nın ölüm səbəbi olur.
 
Bəs ayağınıza və ya bədənizin hər hansı bir yerinə paslı mismar və ya dəmir batan zaman nə edilməlidir?

İlk öncə yaranı yumaq və təmiz bir ısarğı və ya bint ilə örtmək lazımdır. Daha sonra təcili həkimə müraciət etmək lazımdır. Sizə dərhal tetanoz antitoksini,tetanoz iynəsi ,yanaşı olaraq antibiotik və dəstək müalicəsi  olunmalıdır.  Peyvəndin əks təsirləri də olduğu üçün bunların hamısını dəyərləndirmək və peyvənd vurulub vurulmamasına qərar vermək lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.