Maraqlı

Kraliça qayıtdı, amma naqolay qaldı - VİDEO - FOTO

16 Aprel 2018 12:51
2 Şərh     Baxış: 3 638
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən məşhur müğənnilərindən biri, amerikalı Beyonse Nouls ABŞ-ın Kaliforniya şəhərindəki İndio şəhərində, "Empire Polo Club"da keçirilən "Coachella" musiqi festivalının ulduzuna çevrilib.

Milli.Az TMZ-yə istinadən bildirir ki, 36 yaşlı Beyonse səhnədə möhtəşəm perfomans nümayiş etdirib.

Onlarla rəqqas, rəqqasə və musiqiçi ilə səhnəyə çıxmış Beyonse ilk əvvəl bir zamanlar heyətində çıxış etdiyi "Destiny's Child" qrupunun solistləri Kelli Roulend və Mişel Uilyamsla hitləri ifa edib.

İlk ifada o, səhnəyə Misir çariçası obrazında çıxıb.

Sonra isə o, sarı hudidə, cins şortda və kovboy çəkmələrində idi.

Beyonse əri Cey Zi ilə birlikdə "Deja Vu" mahnısını duet oxuyub.

"Coachella" festivalının hedlaynerinə dönən Beyons 2 saatlıq konsert verib.

Bu, məşhur müğənninin qayıdışı da sayıla bilər.

Belə ki, əkizəri Rumi və Seranın doğuluşundan sonra Beyonse ilk dəfə solo proqramı ilə çıxış edib.

Onun kostyumlarının hamısı "Balmain" brendinin kreativ direktoru Olivye Rustenin əsərləri idi.

Səhnədə olarkən Beyonsun dekolteli sinəsi açılırdı. Buna görə müğənni bir əli ilə sinəsini tutaraq naqolay durumdan çıxmağa çalışıb.

Milli.Az

Videoları izləmək üçün şəkillərə klikləyin:

Beyonse səhnədə möhtəşəm perfomans nümayiş etdirib -1

Beyonse səhnədə möhtəşəm perfomans nümayiş etdirib

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.