Dərinin mövsüm xəstəlikləri
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir çox xəstəliklər, o cümlədən dəri patologiyası ilin fəsilləri ilə sıx əlaqədədir. Əksər hallarda xroniki dəri xəstəliklərin kəskinləşməsi və dərinin bakterial-virus infeksiyalarına yoluxma və yayılması yaz-yay aylarına təsadüf edir. Bu, orqanizmə təsir edən fəsil dəyişiklikləri (günün uzanması, vitamin disbalansı, immunitetin zəifləməsi və s. faktorlar) təsirindən bilavasitə aslıdır.
İnsanın dəri örtüyü çox mürəkkəb qurulmuş orqan olaraq daxili sistemlər ilə sıx təmasdadır. Odur ki, dəri xəstəliklərinin mövsümi xarakter daşımasında qeyri-adi bir şey yoxdur.
Milli.Az hekimtap.az-a istinadən bildirir ki, dəri xəstəliklərinin səbəblərindən daxili və xarici faktorları qeyd etmək olar. Daxili faktorlar xroniki dəri xəstəliklərinin yaz-yay mövsümündə kəskinləşməsinə, xarici faktorlar isə eyni dövrdə kəskin dermatozların əmələ gəlməsinə və bakterial-parazitar xəstəliklərə yoluxmaya səbəb ola bilər.
Ciddiliyinə görə daxili faktorlar daha önəmlidir. Fəsil dəyişmələri dövründə kəskinləşən ağır dermatozlara (atopik dermatit, ekzema, psoriaz və s.) səbəb məhz onlardır. Bu xəstəliklər immun sistemindən aslıdır və dəridə olan iltihabi prosseslərin aktivliyi ilin fəsllərindən bilavasitə aslıdır. Məhz yaz-payız aylarında dəridə patoloji proseslərə təkan verən immunitet mexanizmlərinin aktivləşməsinə rast gəlmək olar.
Yaz-payız mövsümü virus xəstəliklərinin, xüsusən sadə-herpesin əmələ gəlməsinə və kəskinləşməsinə çox əlverişlidir. Bu sadə qovucuqlu herpesə nəzarət edən immunitet sisteminin depressiyası ilə bilavasitə əlaqədərdir. Məhz yaz aylarında fizioloji immunodefisit əmələ gəlir, buda öz növbəsində virusun dəri və selikli qişalarında "oyanmağına" səbəb olur.
İmmunitetin azalması dəri amebiazı xəstəliyinə səbəb ola bilər. Dəri amebiazı, bağırsaq amebiazının fəsadı kimi inkişaf edir. Prosesə anal nahiyəsi, sarğı və aralıq nahiyəsində dəri cəlb olunur. Belə olan hallarda zədələnmiş nahiyələrdə dərin xoralar və çatlar əmələ gəlir.
Yaz-yay aylarında dərinin parazitar və infeksion xəstəliklərinin sürətlə artması müşahidə olunur. Qotur bunların arasında ən çox yayılmış xəstəlikdir. Bu xəstəliyin zirvəsi yayın axırına təsadüf edir.
Yaz-yay aylarında çox saylı göbələk xəstəliklərinə yoluxmaq şansı bir neçə dəfə artır. Yazın sonu, yayın əvvəli gənələrin və digər həşəratların oyanma vaxtı hesab olunur. Gənələrin sancması Borrelioz ( laym xəstəliyi) yarada bilər. Borrelioz xəstəliyinin təhlükəsi ondan ibarətdir ki, təkcə dəridə yox, orqanizmin bir çox sistemlərində (sinir, ürək, ürək-damar və s.) fəsad törədə bilər.
Yaz aylarında birələrin akliyi gözə çarpır. Birə bir metrə qədər tullana bilər və onların sancması ciddi diskomfort yaradır. Bəzi hallarda xəstə birə sancmasını allergiya kimi qiymətləndirir, müxtəlif təsirsiz dərmanlar qəbul edir, bu da prossesi uzadır, zədələnmiş sahələrdə xüsusi ilə uşaqlarda ciddi fəsad törədir.
Yazın sonunda yayın əvvəlində allergik dermatitlərin, xüsusən də övrənin çoxalması gözə çarpır. Bu da günəş aktivliyinin, güllərin açması ilə izzah olunur.
Dərinin bakterial infeksiyaları, piodermiyalar yaz və yay aylarında ən çox uşaqlarda sürətlə yayılmağa başlayır. Bunun səbəbi temperaturun yüksəlməsi, gigiyenik qaydalara əməl edilməməsi nəticəsində dəridə mikroçatlar əmələ gəlməsi və o çatlardan dərialtı təbəqələrə patogen mikrofloranın daxil olmasıdır.
Yaz-yay aylarında böyük təhlükə yaradan cinsi yolla yoluxan infeksiyaların da artmasıdır. Bu xəstəliklər ilə mübarizə təkcə xəstənin özünə yox, eyni zamanda ətrafdakılar üçün təhlükə törətmə və insanların reproduktiv funksiyasını pozduğuna görə çox aktualdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Çinarə Məlikzadənin gizli istedadı üzə çıxdı – (Video)
-
Bir gecədə 4 qadınla evlənən ərəb – Üz ifadəsi diqqət çəkdi - (Video)
-
Əməkdar artist: “Qızlarım çox istəyir ki, ailə quram" (Video)
-
Poçettinodan “Mançester Yunayted”də sərt qərar
-
İspaniyanın məşhur nəşri “Sabah”a geniş məqalə həsr etdi
-
“37 ildir çörək yemirəm, 89 yaşım var"
XƏBƏR LENTİ
-
“Barselona”nın Bakı səfərindən ilk görüntülər yayıldı - (Video)
-
Bakıda 29 yaşlı oğlan küçədə öldü
-
Çinarə Məlikzadənin gizli istedadı üzə çıxdı – (Video)
-
Azərbaycanda gənclərin hərbi hazırlığı ilə bağlı yeni qərar
-
PSJ yeni formasını təqdim etdi
-
Qışda sürücüləri hansı təhlükələr gözləyir? - Əyləc məsafəsi iki dəfə arta bilər
-
Bir gecədə 4 qadınla evlənən ərəb – Üz ifadəsi diqqət çəkdi - (Video)
-
Ramiz Mehdiyevin kürəkəni məhkəmədə hakimdən nə xahiş edib?
-
"Arzulayırdın ki, bütün saytlar yazsın"
-
Türkiyədə sabiq nazir ev dustaqlığına buraxıldı
-
Əli Əsədov Miloyko Spayiç ilə görüşdü
-
Əməkdar artist: “Qızlarım çox istəyir ki, ailə quram" (Video)
-
“Azad Logistik”dən şikayət: Avtomobillər gəlmir, əlavə 1400 dollar istəyirlər - (Foto)
-
Xaricdən ikinci telefon gətirənlər nə qədər gömrük rüsumu ödəyəcək? - Komitədən açıqlama
-
Hacı Nihat Əliyev vəfat etdi
-
Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı
-
Poçettinodan “Mançester Yunayted”də sərt qərar
-
“Babası lütün biri olub, indi onun adına pul yazdırır”
-
Cəlilabadda iki VAZ toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakı metrosunun iş vaxtı uzadılacaq
-
İspaniyanın məşhur nəşri “Sabah”a geniş məqalə həsr etdi
-
“37 ildir çörək yemirəm, 89 yaşım var"
-
Merve Boluğuru “Mukaddes Yenge”yə bənzətdilər – (Foto)
-
Vəzifəli şəxslərin gəlirləri, biznesi və hədiyyələri yoxlanılacaq





