Süni intellekt üçün xərclər 3 dəfə artacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"International Data Corporation" (IDC) analitik şirkəti yaxın illərdə dünyada süni intellekt texnologiyaları üçün xərclərin üçqat artımını proqnozlaşdırır.
Milli.Az ICTnews-a istinadən bildirir ki, gözləntilərə görə, 2018-ci ildə süni intellekt sahəsində dünya koqnitiv sistem və həllər bazarının həcmi 19,1 milyard dollar təşkil edərək ötən illə müqayisədə 54 faiz yüksələcək. 2021-ci ildə göstəricinin 52,2 milyard dollara çatacağı, ortaillik artım tempinin isə 46,2 faizə bərabər olacağı proqnozlaşdırılır.
Mütəxəssislər tərəfindən bazar üzrə proqnoz azaldılıb: 2017-ci ilin sentyabrında xərclərin 2021-ci ilədək 57,6 milyard dollara çatacağı ehtimal olunub.
Proqnozlara görə, 2019-cu ilədək təşkilatlarda həyata keçirilən rəqəmli transformasiya layihələrinin təxminən 40 faizində süni intellekt servislərindən istifadə olunacaq, eləcə də 2021-ci ilədək korporativ həllərin üçdə dörd hissəsi süni intellekt alqoritmləri ilə təchiz ediləcək.
Cari ilin yekunları üzrə daha çox süni intellekt investisiyaları pərakəndə satış sahəsində (3,4 milyard dollar) və bank sektorunda (3,3 milyard dollar) gözlənilir. Böyük xərclər, həmçinin diskret istehsal, tibb və fasiləsiz istehsal kimi sahələrdə proznozlaşdırılır. Məsələn, səhiyyədə diaqnostika və müalicə süni intellekt sistemlərinə investisiya qoyuluşları 1,7 milyard dollar təşkil edəcək.
Bildirilir ki, süni intellektdən daha çox keyfiyyətin idarə olunması və tövsiyələrin tərtibi sistemlərində, diaqnostik və müalicə sistemlərində, avtomatlaşdırılmış müştəri dəstəyi xidmətlərində, avtomatlaşdırılmış kəşfiyyat və təhlükələrin qarşısının alınması sistemlərində, eləcə də kiberfırıldaqçılığın təhlili və təhqiqatında istifadə olunacaq.
Tədqiqata görə, 2017-2021-ci illərdə koqnitiv və süni intellekt texnologiyaları üçün xərclərin əksər hissəsi proqram təminatının, o cümlədən strukturlaşdırılmış və strukturlaşdırılmamış informasiya əsasında konsultasiya xidmətlərinin analizi, təşkili, istifadəsi və göstərilməsi üçün alət və texnologiyalar təqdim edən koqnitiv platformaların payına düşəcək. Bununla yanaşı, daha çox artım tempini servis istiqaməti nümayiş etdirəcək.
Analitiklər tərəfindən ən böyük süni intellekt bazarı kimi 2018-ci ilin yekunları üzrə süni intellekt sahəsində koqnitiv sistemlər və həllər üçün xərclərin üçdə dörd hissəsinin düşəcəyi ABŞ bazarı qeyd olunur. Bu göstərici üzrə ikinci yerdə Qərbi Avropanın qərarlaşacağı proqnozlaşdırılır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Çinarə Məlikzadənin gizli istedadı üzə çıxdı – (Video)
-
Bir gecədə 4 qadınla evlənən ərəb – Üz ifadəsi diqqət çəkdi - (Video)
-
Əməkdar artist: “Qızlarım çox istəyir ki, ailə quram" (Video)
-
Poçettinodan “Mançester Yunayted”də sərt qərar
-
İspaniyanın məşhur nəşri “Sabah”a geniş məqalə həsr etdi
-
“37 ildir çörək yemirəm, 89 yaşım var"
XƏBƏR LENTİ
-
“Barselona”nın Bakı səfərindən ilk görüntülər yayıldı - (Video)
-
Bakıda 29 yaşlı oğlan küçədə öldü
-
Çinarə Məlikzadənin gizli istedadı üzə çıxdı – (Video)
-
Azərbaycanda gənclərin hərbi hazırlığı ilə bağlı yeni qərar
-
PSJ yeni formasını təqdim etdi
-
Qışda sürücüləri hansı təhlükələr gözləyir? - Əyləc məsafəsi iki dəfə arta bilər
-
Bir gecədə 4 qadınla evlənən ərəb – Üz ifadəsi diqqət çəkdi - (Video)
-
Ramiz Mehdiyevin kürəkəni məhkəmədə hakimdən nə xahiş edib?
-
"Arzulayırdın ki, bütün saytlar yazsın"
-
Türkiyədə sabiq nazir ev dustaqlığına buraxıldı
-
Əli Əsədov Miloyko Spayiç ilə görüşdü
-
Əməkdar artist: “Qızlarım çox istəyir ki, ailə quram" (Video)
-
“Azad Logistik”dən şikayət: Avtomobillər gəlmir, əlavə 1400 dollar istəyirlər - (Foto)
-
Xaricdən ikinci telefon gətirənlər nə qədər gömrük rüsumu ödəyəcək? - Komitədən açıqlama
-
Hacı Nihat Əliyev vəfat etdi
-
Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı
-
Poçettinodan “Mançester Yunayted”də sərt qərar
-
“Babası lütün biri olub, indi onun adına pul yazdırır”
-
Cəlilabadda iki VAZ toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakı metrosunun iş vaxtı uzadılacaq
-
İspaniyanın məşhur nəşri “Sabah”a geniş məqalə həsr etdi
-
“37 ildir çörək yemirəm, 89 yaşım var"
-
Merve Boluğuru “Mukaddes Yenge”yə bənzətdilər – (Foto)
-
Vəzifəli şəxslərin gəlirləri, biznesi və hədiyyələri yoxlanılacaq





