Maraqlı

Mercedes və Cigarette yeni superqayıq təqdim etdilər - FOTO

17 Fevral 2018 21:39
0 Şərh     Baxış: 868
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mercedes-Benz şirkəti və amerikan Cigarette tərsanəsi Project One hiperharının üslubunda hazırlanmış superqayığı təqdim edib. Qayıq suda 225 km/saat həddinə qədər sürətlənmək iqtidarındadır.

Milli.Az autograph.az-a istinadən bildirir ki, Cigarette Racing 515 Project One adını almış qayığın konstruksiyasında karbonplastik və kevlardan istifadə edilibdir. Qayıq hər biri 1350 at qüvvəsi güc hasil edən iki səkkiz silindrli mühərriklə təchiz edilib. Maksimal həddə sürətlənmək üçün xüsusi açar və yarış yanacağı tələb olunur. Bu halda mühərriklərin gücü 1550 at qüvvəsinə qədər artır. Əvvəllər istehsalçı 515 Project One qayığının idarə edilməsindən Project One hiperkarında əldə edəcəyiniz hissləri alacağınızı bildirib.

Qeyd etmək lazımdır ki, bu iki şirkətin birgə hazırladığı yeganə layihə deyildir.

Bundan öncə onlar AMG şirkətinin 50 illik yubileyinə həsr edilmiş Mercedes-AMG GT R sportkarının üslubunda hazırlanmış 15-metrlik Marauder AMG adını almış sürət qayığı və Mercedes-AMG Gt3 modelinə həsr edilmiş Cigarette Racing Team 41' SD GT3 qayığını təqdim ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.