Maraqlı

Yeni G-klass-ın sirrini vaxtından əvvəl açdılar - FOTO

20 Mart 2018 16:01
0 Şərh     Baxış: 1 226
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur Auto Week nəşriyyatı yeni nəsil yolsuzluq avtomobili Mercedes-Benz G-Class-ın ilk rəsmi fotolarını əldə edib. Avtomobil Detroyt-2018 avtosalonunda debüt edəcək.

Milli.Az avto.az-a istinadən bildirir ki, bu yaxınlarda Almaniyanın premial brendi çoxdan gözlənilən yeniliyin rəsmi şəkillərini örtüklə də olsa nəşr etdirmişdi. İndi isə bizim bu yolsuzluq avtomobilini görmək imkanımız var.

Güman edildiyi kimi, yeni nəsil Gallenwagen-in xarici görünüşü demək olar ki, dəyişilməyib. Avtomobil eksteryerində bir sıra yeniliklər alıb, lakin o dərhal tanınır.

Artıq məlumdur ki, yeni nəsil Mercedes-Benz G-Class-ın asılqanı AMG mühəndisləri ilə birgə hazırlanır. Yol səthi ilə təmas 6mm artaraq 241 mm-ə, maksimal üstünlük dərinliyi isə 10 sm artaraq 70 sm təşkil edib.

Əvvəllər qeyd edildiyi kimi, yeni yolsuzluq avtomobili Mercedes-Benz G-Class pilləli çərçivədə yığılıb. Avtomobilin təchizatına diferensialların bloklanması və yeni 9-pilləli avtomat sürət qutusu daxildir.

Buna baxmayaraq, yeni nəsil Mercedes-Benz G-Class-ın vizual dəyişikliyi az olsa da, interyer çox dəyişilib. Şirkət avtomobilin salonunun şəkillərini bir qədər əvvəl nəşr etmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.