Maraqlı

SMART TV populyarlaşır

30 Dekabr 2017 08:59
0 Şərh     Baxış: 1 111
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"IHS Markit" analitik şirkətinin qiymətləndirməsinə görə, 2017-ci ildə "Smart TV" funksiyasına malik modellər qlobal televizor bazarının 60%-ni təşkil edəcək. Yeni statistika "Smart TV"-nin xeyli populyarlaşmasını sübut edir: 2011-ci ildə belə modellərin bazar payı 13% səviyyəsində idi, 2013-cü ildə artıq 35,3%, 2016-cı ildə isə 47%-ə yaxınlaşıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, bu bazarda lider şirkət olan "Samsung Electronics" "ağıllı" televizorların populyarlaşmasına xeyli töhfə verib. "IHS" analitik şirkətinin məlumatına görə, 2017-ci ildə "Samsung" tərəfindən satılan televizorların 70%-dən çoxu "Smart TV" kateqoriyasına aid olub. Belə yüksək göstərici ilk dəfə qeydə alınıb. Müqayisə üçün, 5 il bundan əvvəl Cənubi Koreya nəhənginin çeşidində "ağıllı" modellərin bazar payı 32% təşkil etdiyi halda 2014-cü ildə "Samsung" televizorlarının təxminən 50%-i "ağıllı" kateqoriyasına aid olub. 2016-cı ildə "Smart TV"-nin nüfuzetmə dərəcəsi 65% təşkil edib.

Gözləntilərə görə, 2018-ci ildə "Samsung" şirkəti öz televizorlarına "Bixby" virtual köməkçisini inteqrasiya edəcək. Bu, şirkətə "Smart TV",  "Family Hub" "ağıllı" soyuducularını, həmçinin "ağıllı" dinamiklərini vahid ekosistemdə birləşdirməyə imkan verəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.